Selfi çəkmək istəyirdi, qiymətli tablonu zədələdi

Selfi çəkmək istəyirdi, qiymətli tablonu zədələdi
25 iyun 2025
# 13:00

Florensiyadakı Uffizi Qalereyasında 18-ci əsrə aid çox qiymətli bir tablo selfi çəkmək istəyən turistin ayağının sürüşməsi nəticəsində zədələnib.


Kulis.az xəbər verir ki, italyan barokko rəssamı Anton Domeniko Gabbianinin təxminən 1695–1700-cü illərə aid olan “Toskana Böyük Şahzadəsi Ferdinando de’ Medici” portretinin qarşısında ziyarətçiləri məsafədə saxlamaq üçün qoyulmuş platformaya ilişən turist tabloya bir dəlik salıb. Hadisə anına dair görüntülər yerli və sosial mediada yayılıb.


Tablo bərpa üçün sərgidən çıxarılıb. Sərgi 2 iyul tarixinə qədər bağlı qalacaq, daha sonra 28 noyabra qədər planlaşdırıldığı kimi davam edəcək.Uffizi Qalereyalarının direktoru Simone Verde deyib: “Yalnız sosial şəbəkələr üçün selfi çəkməyə gələn ziyarətçilər problemi artıq çox yayılıb. Mədəniyyət irsinə hörmətlə uyğun gəlməyən davranışların qarşısını almaq üçün müəssisələrimiz çox sərt qaydalar tətbiq edəcək.”


Qeyd edək ki, turistin kimliyi müəyyən edilib və ona qarşı məhkəmə iddiası açılacağı bildirilib.

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər