Gənc rejissor və aktyorlar diplom işlərini təqdim ediblər

Gənc rejissor və aktyorlar diplom işlərini təqdim ediblər
25 iyun 2025
# 16:43

Rejissorluq və aktyorluq fakültələrini bitirən bir neçə gənc Sumqayıt Dövlət Dram Teatrında diplom işlərini təqdim ediblər.

Kulis.az xəbər verir ki, Nizami Gəncəvinin yaradıcılıq konseptində Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Xəzinə" tamaşasında gənc aktyor Emil Həmidovun oynadığı Məcnun rolu komissiya tərəfindən onun diplom işi kimi qiymətləndirilib.

Mədəniyyət və İncəsənət Universitetinin diplom tamaşaları üzrə komissiyanın sədri, Xalq artisti Cəfər Namiq Kamal, universitetin Sabah mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev də tamaşanı izləyənlər sırasında idi.

Xeyir və şər mübarizəsi, zəka və sərvət qütbləri kontekstində dramaturji konflikt tamaşanın süjet xəttini təşkil edir.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamları Nizami Dadaşov, Arif Müzəffərovdur. Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə, rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

# 1252 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər