Valeh Kərimov: “Ölümümü gözləyirəm”

Valeh Kərimov, aktyor

Valeh Kərimov, aktyor

13 aprel 2022
# 12:00

"Evdə oturub ölümümü gözləyirəm”.

Bu sözləri MTV kanalının proqramlarından birində aktyor Valeh Kərimov söyləyib. O, daha sonra bunları əlavə edib:

“Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim".

Valeh Kərimov “Bəxt üzüyü” filmindən də danışaraq bu rolun ona çox mane olduğunu etiraf edib:

"İndi-indi hamı mənim öz adımı bilir, indiyə kimi "Moşu", "xalq" deyirdilər. Deyirdilər, xalqın içindən çıxmış insandır. Filmdə xalqın gözəl adətləri göstərilib. Moşunun bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün".

# 6208 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər