Ulucay Akifin şeirləri İspaniyada dərc olundu

Ulucay Akif, şair

Ulucay Akif, şair

8 avqust 2022
# 12:40

İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbayacan şairləri” bölməsində şair Ulucay Akifin ispan dilinə tərcümə olunmuş “Kölgə”, “Sual”, “Sevgi marşı” şeirlərinin yayınına başlayıb.

Kulis.az xəbər verir ki, şairin həyat və yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi ­– Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru – İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı əsasən dünya ədəbiyyatının İzabella Berd, Tomas Mann, Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Blanka Andreu kimi korifey yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.

Bir 1 kişi, sakal ve şunu diyen bir yazı 'BABTA Literatura Poesía Poetas de Azerbaiyán Poetas de Azerbaiyán Ulujay Akif 15 julio, 2022 Danos tu opinión Tercera entrega de nuestra serie Poetas de Azerbaiyán En colaboración con el Centro Estatal de Traducción de Azerbaiyán.' görseli olabilir

# 2869 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər