Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu
29 iyun 2026
# 17:13

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" mövzusunda panel sessiyası keçirilib.

APA xəbər verir ki, panel sessiyasında çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov bildirib ki, Birinci Türkoloji Qurultayda iştirak edən bütün türk xalqları öz müstəqil dilləri ilə təmsil olunurdu. Onun sözlərinə görə, həmin dillər müəyyən xüsusiyyətlərinə görə bir-birindən fərqlənirdi.

Türk Dil Qurumunun prezidenti Osman Mert isə bildirib ki, türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var. O qeyd edib ki, müasir texnologiyalar elə bir səviyyəyə çatıb ki, 100 il əvvəl Birinci Türkoloji Qurultay zamanı xəyal edilən bir çox məsələləri artıq reallaşdırmaq mümkündür.

Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor İnkyonq Oh çıxışında bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız əlifba islahatı ilə bağlı toplantı deyil, türk xalqlarını ortaq intellektual məkanda birləşdirməyə yönəlmiş tarixi təşəbbüs idi. O vurğulayıb ki, artıq klassik türkologiyadan müasir "Türk Dünyası Region Araşdırmaları" modelinə keçid vaxtıdır.

Özbəkistan Milli Universitetinin Özbək ədəbiyyatşünaslığı kafedrasının müdiri, professor Hamidulla Boltabayev çıxışında Birinci Türkoloji Qurultayın əhəmiyyətini vurğulayıb. O, türk dövlətlərinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri və əməkdaşlığın inkişafı üçün atdığı addımları müsbət qiymətləndirdiyini bildirib.

Avrasiya Milli Universitetinin professoru Qulqayşa Saqıdolda isə çıxışında türk dünyasında elmi və mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Panel sessiyası müzakirələrlə davam edib.

# 626 dəfə oxunub

Oxşar xəbərlər

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

Kitabı “yiyəsiz” qoymazdılar... - İndikilər nəvələrinə kimi oxumağı tövsiyə edəcəklər?

11:30 4 oktyabr 2026
Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər