“Tıq-Tıq xanım”ın rejissoru maddi dəstək üçün tamaşaçılara müraciət etdi

“Tıq-Tıq xanım”ın rejissoru maddi dəstək üçün tamaşaçılara müraciət etdi
3 may 2023
# 18:50

“Tıq-Tıq xanım” animasiya filminin rejissoru Məsud Pənahi uşaqlar üçün “Nərgiz” adlı yeni cizgi filmi hazırlamaq istədiyini və bunun üçün maddi dəstəyə ehtiyac olduğunu bildirib. O, bu səbəbdən tamaşaçılara müraciət edib.

Kulis.az xəbər verir ki, bu barədə filmin prodüseri Rəşid Ağamalıyev məlumat verib.

“Nərgiz” filminin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların diqqətinə çatdırmaqdır”, - deyə müəllif bildirib.

İanə kampaniyası Toxum.org portalında həyata keçirilir və dəstəkçilər üçün xüsusi mükafatlar nəzərdə tutulub: https://toxum.org/az/projects/nergiz-animasiya-filmi-176

Filmin prodüseri Rəşid Ağamalıyev bu həyati əhəmiyyətli layihəyə dəstək olmaq üçün Mədəniyyət, Elm və Təhsil nazirliklərinə, eləcə də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) və digər aidiyyəti qurumlara müraciət etdiklərini bildirib.

Qeyd edək ki, Qarabağ müharibəsinin başa çatmasından ötən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu baxımdan “Nərgiz” filmi uşaqlar üçün olduqca önəmlidir.

“Nərgiz” filminin məqsədi, həmçinin ərazilərimizdən minaların təmizlənməsi işinə beynəlxalq ictimaiyyatın diqqətini cəlb etmək və Azərbaycanın dövlət orqanlarına informasiya dəstəyi göstərməkdir.

# 2767 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər