Tanınmış jurnalist 30 il sonra atasının məzarı başında

Tanınmış jurnalist 30 il sonra atasının məzarı başında
1 noyabr 2023
# 17:54

Tanınmış jurnalist Sülhiyyə Şirinova Füzulidə atasının məzarını ziyarət edib.

Kulis.az xəbər verir ki, otuz ildən sonra doğma yurduna qayıdan jurnalist təəssüratlarını bölüşüb.

“Çox qarışıq duyğular içindəyəm. Kəndimiz işğaldan azad olunandan bu günü gözləyirdim. Hər dəfə hardasa dağılmış qəbirləri görəndə… Kənd sakinlərimiz kəndimizə gəlir videolar paylaşırdılar. O zaman görürdük ki, evlər, qəbirlər tamamilə darmadağındır. Mina təhlükəsi məsələsi də vardı.

Biz də bacılarımla müraciət etdik, müraciətimizi qəbul etdilər. Hər vəziyyətə hazır idik. Tapmaya bilərdik, dağılmış görə bilərdik, yol boyu bir-birimizi təsəlli edərək gəldik.

Atam şəhid olduğu üçün onun qəbri son qəbirlərdən idi. Təxminən bilirdik ki, qəbirsanlığın aşağı hissəsindədir. Amma qəbirstanlıq o qədər tikanlı kollar basıb ki, çətinliklə girdik. Təsəvvür edin ki, qəbirlərin baş daşları, sinə daşı yoxdur. Yanındakı ən köhnə qəbirlər vasitəsi ilə atamın qəbrini tapdıq. Atamın qəbrini üstü, böyrü deşilib. Atam yaralı olduğu üçün tabutda basdrılmışdı. Düşmən qəbrin bir böyrünü deşərək ağzından qızıl dişlərini çıxarıb.

Şükür bu günə. Atam hər zaman bizim qəlbimizdə idi. 30 ildir deyirdik ki, kaş bir daş ola oturaq başında ağlayaq. Biz onun məzarını qəlbimizə gönmüşdük. Atamın qəbrini deşilmiş görsək də yenə də içimizdə sevinc var. Bilirəm ki, çox yerdə məzarlıqlar məhv edilib. İnanıram ki, ruhun şaddır, ata! Cismin kimi qəbrin də darmadağın olsa da, bu darmadağın məzarına qovuşdurana şükür”.

# 1682 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər