Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"
21 sentyabr 2026
# 10:15

Tanınmış ingilis müğənni Ed Şeran ABŞ turnesində repçi Maklemorun "Azad Fələstin" açıqlamasından sonra yaranan boykot və müzakirələrin ardınca çıxış etdiyi ilk konsertdə uzun gərginlikdən sonra sükutunu pozub.

Kulis.az xəbər verir ki, daha əvvəl siyasi məsələlərdə bitərəf qalmağa üstünlük verən sənətçi ABŞ-nin Filadelfiya şəhərindəki konsertində İsrail-Fələstin münaqişəsi ilə bağlı ilk dəfə birbaşa açıqlama verib.

Şeran Qəzzadakı vəziyyətin "fəlakət miqyasında, əsaslandırıla bilməz və qeyri-mütənasib" olduğunu bildirib. İngilis müğənni deyib: "Mülki şəxslərin və uşaqların həyatını itirmə miqyası ürəyimizi parça-parça edir. İcmalarımızın gözü qarşısında İordan çayının qərb sahilində baş verən sistemli ədalətsizlik görməməzlikdən gəlinə bilməz."

Qeyd edək ki, yaşanan gərginliklər səbəbindən turnedə yer alan 4 dəstək sənətçisi, o cümlədən Finneas qrupdan ayrılıb, konsert öncəsi isə stadion ətrafında Fələstinə dəstək aksiyası keçirilib.

# 611 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər