SSRİ Xalq artisti vəfat etdi

SSRİ Xalq artisti vəfat etdi
10 iyun 2026
# 17:17

SSRİ Xalq artisti Lyudmila Çursina vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Rusiya Ordusu Teatrı öz rəsmi saytında məlumat yayıb.

Teatrın yaydığı bəyanatda məşhur aktrisanın itkisi ilə bağlı bu sözlər yer alıb:

"Dərin hüznlə bildiririk ki, uzun sürən xəstəlikdən sonra SSRİ Xalq artisti Lyudmila Alekseyevna Çursina həyatla vidalaşıb".

Məlumatda vurğulanır ki, Çursina milyonlarla tamaşaçının sevimlisinə çevrilmişdi. Teatr onu "yeganə və təkrarolunmaz, əsl qəhrəman, dahi rus dram aktrisası" kimi xarakterizə edib. Aktrisa ilə vida mərasimi barədə yaxın vaxtlarda əlavə məlumat veriləcəyi bildirilib.

Lyudmila Çursina rəsmi versiyaya görə, 1941-ci il iyulun 20-də anasının təxliyə edildiyi Düşənbə şəhərində anadan olub. Lakin aktrisa özü Pskov vilayətinin Qruzdovo kəndi yaxınlığındakı tibb batalyonunda dünyaya gəldiyini deyirdi.

1959-cu ildə məktəbi bitirdikdən sonra o, Moskva Aviasiya İnstitutuna daxil olmağı planlaşdırırdı. Ancaq rəfiqəsinə qoşularaq sınaq məqsədilə teatr ali məktəblərinə sənəd verir və birdən-birə üç nüfuzlu təhsil ocağına – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna, Rusiya Teatr Sənəti İnstitutuna və B.V. Şşukin adına Teatr Məktəbinə qəbul olunur. O, seçimini sonuncudan yana edir.

Bütün yaradıcılıq karyerası ərzində bir neçə teatrın səhnəsini bölüşən sənətkar 1974–1984-cü illərdə A.S. Puşkin adına Leninqrad Dram Teatrında çalışıb, burada istər klassik, istərsə də müasir tamaşalarda fəal rol alıb. 1984-cü ildən etibarən isə Mərkəzi Akademik Sovet Ordusu Teatrına keçib.

Onun ən əhəmiyyətli rollarından biri F.M. Dostoyevskinin romanı əsasında hazırlanan "İdiot" tamaşasındakı Nastasya Filippovna obrazıdır.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər