“Space” TV bağlanır? - Təcili toplantı

“Space” TV bağlanır? - Təcili toplantı
16 aprel 2026
# 17:14

Bu dəqiqələrdə “Space” televiziyasında təcili iclas keçirilib.

Manset.az xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb.

İclasda departament rəhbərləri də iştirak ediblər.

Nəriman Əbdüləliyev televiziyanın əməkdaşlarından halallıq istəyib: “Vado Korovinin rəhbərlik etdiyi dövrdə kiminsə xətrinə dəymişiksə, bizi bağışlasınlar. Biz burada olmaya bilərik. “Space” TVni qoruyun”, - deyə o bildirib.

Axar.az-ın yaydığı məlumatda isə iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək. Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.

Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.

Məlumatla bağlı “Space”dən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, bundan öncə “Space” TV-də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib. “Space” TV 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.

# 911 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər