“Sözün Tovuz fəsli” antologiyasının təqdimatı oldu

“Sözün Tovuz fəsli”  antologiyasının təqdimatı oldu
26 dekabr 2025
# 17:30

Azərbaycanda Atatürk Mərkəzində “Sözün Tovuz fəsli” adlı şeir antologiyasının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tərtibçisi şair-tərcüməçi Mikayıl Bozal, redaktoru şair Ehtiram İlham olan antologiya Tovuzun zəngin söz və saz dünyasının, bölgənin ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Tovuz ədəbi mühitinin tarixi köklərinə, bu mühitin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlara, eləcə də antologiyanın ideya-estetik mükəmməlliyinə toxunaraq “Sözün Tovuz fəsli”ni bütövlükdə milli ədəbiyyatımızın yaddaş kitabı kimi dəyərləndirib.

Ədəbi tənqidçi Bəsti Əlibəyli, professorlar Nazim İmamverdiyev, Mayıl Əsgərov, Nazim Vəliyev, Rəfail Bəşiroğlu, “Tovuz” Xeyriyyə Cəmiyyəti sədrinin birinci müavini Çingiz Abbasov, şair və publisistlər Əkbər Qoşalı, Rəfail İncəyurd, Murad Köhnəqala və digər çıxış edənlər nəşrin elmi-ədəbi dəyərini yüksək qiymətləndiriblər. Antologiya Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatına verdiyi sanballı töhfələrin sistemli şəkildə toplanması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli qaynaq kimi xarakterizə olunub.

Çıxışlarda “Sözün Tovuz fəsli” antologiyası Tovuz ədəbi mühitinin həm tarixi, həm də çağdaş mənzərəsini dolğun şəkildə əks etdirən dəyərli qaynaq kimi oxucuların və araşdırmaçıların diqqətini cəlb edəcəyinə inam ifadə edilib.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Haluk Levent həbs edildi

Haluk Levent həbs edildi

13:04 16 iyul 2026
Memarlıqdan estradaya uzanan yol - Mirzə Babayev kimdir?

Memarlıqdan estradaya uzanan yol - Mirzə Babayev kimdir?

11:00 16 iyul 2026
Türkiyə şou-biznesinə narkotik basqını -  İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

Türkiyə şou-biznesinə narkotik basqını - İlyas Yalçıntaş və Sıla Türkoğlu saxlanıldı

10:40 16 iyul 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

10:16 16 iyul 2026
İnsan necə yaranıb? - Dinin, elmin və fəlsəfənin cavabları

İnsan necə yaranıb? - Dinin, elmin və fəlsəfənin cavabları

10:06 16 iyul 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı

16:15 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər