Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?
21 avqust 2026
# 12:00

Bu gün slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim və dissident Hana Poniskanın anım gündür.

Kulis.az ədibin həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Hanna Poniska ölkəsinin ədəbi və ictimai həyatında mühüm rol oynayıb.

O, həmçinin Çexoslovakiyada dissident hərəkatının fəal simalarından biri kimi tanınır.

Poniska 1922-ci ildə anadan olub.

1944-cü ildə Slovakiya milli qiyamında iştirak etdiyinə görə, sonralar 1948–1950-ci illərdə əri, şair Stefan Jari ilə Romaya qaçaraq orada yaşamalı olub.

Vətənə döndükdən sonra “Smena na nedeľu” jurnalında ədəbi redaktor kimi çalışıb.

1956–1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olub.

1968-ci ildə Varşava Paktı qoşunlarının Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən uzaqlaşdırılıb.

1972-ci ildə isə “Smena” qəzetindən çıxarılıb. 1977-ci ildə Çexoslovakiya Yazıçılar Birliyi qurultayında mədəniyyət siyasətini tənqid edən çıxışı qəbul olunmasa da, protokola salınıb.

Bunun ardınca Birlikdən xaric edilib və əsərlərinin nəşri qadağan olunub.

Həmin il o, Vatslav Havel və digər ziyalılarla birlikdə “Xartiya 77” İnsan Haqları Manifestini imzalayıb.

1989-cu ilə qədər fəal dissident kimi fəaliyyət göstərib.

1989-cu ilin avqustunda Sovet işğalının ildönümündə mitinq təşkil etdiyi üçün həbs edilib, lakin Məxməri inqilabdan sonra azadlığa buraxılıb.

1990-cı ildə Xristian Demokratik Hərəkatının qurucularından biri olub.

Hana Poniska uşaqlar üçün roman və hekayələrin, həmçinin yetkinlər üçün film ssenarilərinin müəllifidir. İtaliya, Fransa, Macarıstan və Almaniya ədəbiyyatından bir sıra əsərləri slovak dilinə tərcümə edib.

“Çex Respublikası qarşısındakı xidmətlərinə görə” 1-ci dərəcəli medal (1996), Ludovit Ştur ordeni, 1-ci dərəcə (2002) onun mükafatları sırasındadır.

“Abelovsky dom” (1959), “Prist, odisť” (1964, hekayələr), “Bosymi nohami” (1968, hekayələr), “Janko Novak” (1974), “Lukavicke zapisky” (1989), “Milan Rastislav Stefanik” (1990) kimi əsərləri isə yaradıcılığına dair nümunə kimi təqdim etmək olar.

Poniska 2007-ci ildə vəfat edib və doğulduğu Haliç kəndində dəfn olunub.

# 695 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər