#

Sevil Film Festivalı davam edir

Tamara Kotevska, makedoniyalı rejissor

Tamara Kotevska, makedoniyalı rejissor

17 avqust 2022
# 18:20

Bakıda Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının “Festivallardan seçmələr” bölməsində yer alan “Bal ölkəsi” filminin nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, yüzlərlə izləyicinin toplaşdığı nümayişdə filmin iki rejissorundan biri Tamara Kotevska da iştirak edib. Film bitdikdən sonra rejissorla izləyicilər arasında filmlə bağlı müzakirə baş tutub. İzləyicilərin çoxsaylı sual və təəssüratları ilə davam edən tədbirdə rejissor sualları cavablandırıb.

Qeyd edək ki, premyerasını 2019-cu ilə Sundance film festivalında iştirak etmiş “Bal ölkəsi” filmi Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilib. Festival həyatı olduqca zəngin olan film 2019 Sundance Film Festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film və Ən Yaxşı Sənədli Film kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir.

1993-ci ildə Prilep/Makedoniyada doğulan Tamara Kotevska Skopye Dramatik İncəsənət Fakültəsinin rejissorluq fakültəsini bitirib. Sərbəst film rejissoru kimi sənədli və bədii filmlərin çəkilişində 5 illik təcrübəyə sahibdir.

Ljubomir Stefanov 1975-ci ildə Makedoniyanın Skopye şəhərində doğulub. Ətraf mühit problemləri və insan inkişafı ilə bağlı kommunikasiya konsepsiyalarının və sənədli filmlərin hazırlanması, istehsalı sahəsində 20 ildən artıq təcrübəyə sahibdir.

Qeyd edək ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Builki Sevil Beynəlxalq Qadın Sənədli film festivalı 13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutur.

# 1469 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
# # #