Sən o qızı döyən zaman... - Vaqif Səmədoğlu

Sən o qızı döyən zaman... - Vaqif Səmədoğlu
18 oktyabr 2023
# 17:30

Kulis.az Vaqif Səmədoğlunun “Əlin sınaydı, sanitar” şeirini təqdim edir.

Əlin sınaydı, sanitar,
O qızı döydüyün yerdə,
Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə.
O qız sənin gözlərinlə
O ağaca baxmamışdı,
O qız o gün o ağaca
Elə-belə çıxmamışdı...
O qız çılpaq çinarın da
Başında hava görmüşdü,
Allahın atıb getdiyi,
Boş qalmış yuva görmüşdü...
Sən o qızı döyən zaman,
Açılmamış güllər soldu,
Dəlixana həyətində
Bir ağac da dəli oldu...
Xışıldadı yer üzünün,
Ən əlacsız yarpaqları,
Dəlixana divarını
Öpdü çinar budaqları...

1982

# 1765 dəfə oxunub

Oxşar xəbərlər

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər