Şəhidlərə həsr olunan kitab çapdan çıxdı

Şəhidlərə həsr olunan kitab çapdan çıxdı
10 fevral 2022
# 11:30

Şair, jurnalist Vasif Əlihüseynin şəhidlərə həsr etdiyi “Cənnət yolçuları” adlı kitabı çapdan çıxıb.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, kitab “Elm və təhsil” nəşriyyatında 100 tirajla çap olunub.

Kitabda jurnalistin Cəlilabadın Muğan, Maşlıq, Söyüdlü və Kazımabad kəndlərinin birinci Qarabağ savaşında, atəşkəs dövründə və 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz haqda hazırladığı yazıları toplanıb.

Müəllif qeyd edir ki, kitabın qarşıdakı günlərdə Cəlilabad rayon Muğan kənd orta məktəbində təqdimatı olacaq. Təqdimata kitabda yer alan şəhidlərin valideynləri, qazilər və rayon rəsmiləri dəvət olunacaq.

Qeyd edək ki, Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. Moskva Sosial Dövlət Universitetinin filologiya və Bakı Slavyan Universitetinin yaradıcılıq fakültələrini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Ayrılığın rəngi” və “Divara yazılmış azadlıq sözü” şeir və esselər kitabının müəllifidir.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

Xoşbəxt olmaq üçün Ömər Xəyyamın əsas tövsiyəsi

10:45 24 fevral 2026
Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

Ukraynalı rəssamlardan müharibə əleyhinə sərgi

10:44 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər