Dünyanın harasında olursan ol, həyat çətindir. Amerikada irqçilik yayılıb gedir, Avropa qarmaqarışıq, Orta Asiya onsuz da cəhənnəm.... Norveçlilər də dərdsiz deyillər: depressiya tez-tez görünən haldır.
İndi bunları bir kənara qoyaq. Kanadalı fotoqraf Benoit Paile normalda şəkil çəkdirməyi sevməyən bir qrup insana yalvar-yaxar edərək onların fotolarını çəkməyi bacardı. Dərin bir nəfəs alın, oturacağınıza yaslanın və möhtəşəm fotolarla insanın ən saf halının necə hüzur verdiyinə, başqa bir dünyanın doğrudan da mövcud olduğuna şahid olun.
Beləliklə, qarşınızda nadir tapılan fotoları ilə Göy qurşağı qəbiləsidir.
1. Gündəlik qayğılar, get-gedə inkişaf edən texnologiya ilə bərabər sürətlənən və boğucu hala gələn ünsiyyət, ətrafın çirki, müharibələr, qırılan sosial münasibətlər... Sıxıldınız hə?
2. 1972-ci ildən bu günə kimi “Göy qurşağı görüşləri” tədbirində bir araya gələn bu Göy qurşağı qəbiləsi bütün bu dərdlərdən və sıxıntılardan uzaqdadır.
3. Artıq çoxdan ənənəyə çevrilmiş bu fəaliyyətin fikri, 70-ci illərin hippiləri ilə eynidir: barış, sevgi, uyğunlaşma.
4. Müəyyən olunmuş tarixlərdə təyin etdikləri yerlərdə görüşürlər. Hansı ölkədə toplanırlarsa toplansınlar seçdikləri yer mütləq meşə olur.
5. İspaniya, Kanada, Meksika toplandıqları ölkələrdəndir. Bu fəaliyyətə qoşulmaq üçün hər hansı bir ölkənin vətəndaşı olmağınız, qeydiyyatdan keçməyiniz, sənədlər gətirməyiniz lazım deyil.
6. Çünki burda hər kəs qardaşdır! Bir-birilərinə güvənirlər, kömək əli uzadırlar, ancaq kimsə kimsəyə müdaxilə etmir.
7. Kimiləri ailəli bu fəaliyyətə qoşulur, kimiləri isə təkbaşına dolanır, heç kimlə kəlmə kəsmir.
8. Bu fəaliyyətə qoşulanlar “başını itirmiş hippilər” deyil. İş-güc sahibi, karyerası olan insanlar da şəhərin qarmaqarışıqlığından qaçmaq, ruhlarını dincəltmək, beyinlərini sakitləşdirmək üçün Göy qurşağı qəbiləsinə qatılırlar.
9. Kondisioneri, qaz dumanını deyil, ağacların arasından süzülən saf havanı sinəyə çəkmək. Soyuğu sümüklərinə qədər hiss etmək.
10. Eynən atalarımız kimi qidalanmaq üçün bitkiləri torpaqdan toplamaq... Tonqal qalamaq, isinmək üçün əziyyət çəkmək... Yəni özümüzə, ilkin halımıza qayıtmaq!
11. Bir anlıq düşünün: telefon zəngi, zəngli saat, qapı kilidləri və oğrunun gəldiyini bildirən siqnal olmadan bütün bu qorxulardan və təlaşlardan uzaq, üstünüzdə yalnızca mavi göy üzü yuxuya getmək...
12. Bir meyvənin hansı ağacdan gəldiyini bilməyən, bitkiləri, torpağı tanımayan uşaqlar yetişdirməkdən nə qədər məmnunuq?
13. Uşaqlara bahalı, təmiz tərəvəzləri marketlərdən almaqla “təmiz” qida verməyin mümkün olduğunu düşünürsünüz?
14. Bu insanlar hüzuru bir-birilərindən almaqla qalmamış, hüzuru sanki özləri yaratmışlar.
15. İnsan olmağın nə olduğunu xatırlamaq... Öz dəyərlərini ehtiras, bacarıq, rəqabət üzərindən hesablamağa çalışmaqdan uzaqlaşmaq üçün şəhərli gənclər də tez-tez bu fəaliyyətə qoşulurlar.
16. Din, dil, irq, cinsiyyət, cinsi orientasiya... Əsla bir ayrı-seçkilik yoxdur.
17. Sanki cənnəti yer üzünə endirən kiçik qəbilələrində bir şeyi çox yaxşı qavrayıblar: insan olmağın ən təbii halı təbiətlə savaşmaq deyil, təbiəti anlamaq, onunla bir olmaq, onun dilindən danışmaq və onun qanunları ilə oynamaq gərək...
18. Qəbilənin ənənəvi rituallarından biri: bir araya gəldikləri hər gün dünya barışı üçün dua etmək!
19. Arzulayırıq ki, dualarınız qəbul olar və barış bütün dünyaya gələr, əziz Göy qurşağı qəbiləsi!
20. Normalda şəkil çəkdirməyi sevməyən bu qəbilənin bir istisna kimi buna razılıq verib gözəlliklərini bizlərə paylaşdıqları üçün təşəkkür edirik.