Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya

Rusiyadan Almaniyadakı Sovet abidələri ilə bağlı məsələyə sərt reaksiya
8 iyun 2026
# 13:00

Rusiyanın Almaniyadakı səfirliyi ölkədəki sovet hərbi memoriallarının reviziyasına (yenidən baxılmasına) münasibət bildirib.

Kulis.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.

Diplomatlar sovet abidələri ilə mübarizə aparmamağa, Üçüncü Reyx və onun əlaltılarının cinayətlərini rəsmi olaraq SSRİ xalqlarının soyqırımı kimi tanımaqla tarixi ədalətin bərpasına kömək etməyə çağırıblar.

Səfirlikdən verilən açıqlamada bu fikirlər yer alıb:

"Üçüncü Reyx və əlaltılarının cinayətlərinin dəhşətli miqyası Nürnberq tribunalı tərəfindən qeydə alınıb. Onun qərarlarının iddia müddəti yoxdur və müasir siyasətçilərin seçimlərindən asılı deyil".

Rusiya səfirliyi Almaniyadakı sovet hərbi memoriallarının tarixi əhəmiyyətinin təhrif olunması cəhdlərini yolverilməz adlandırıb.

Qeyd edək ki, sözügedən təşəbbüsə əsasən, abidələrin ətəyində İkinci Dünya müharibəsi hadisələrinə alternativ yanaşmanı əks etdirən materialların olduğu məlumat stendləri yerləşdirilməlidir.

Səfirlik əlavə edib:

"Almaniyanın və Avropanın nasizmdən azad edilməsində Qırmızı Ordunun və sovet xalqının həlledici rolu danılmazdır".

Sonda səfirlik bir daha vurğulayıb ki, bu abidələr sovet əsgərlərinin şücaətini xatırladır, müqəddəs və toxunulmazdır. Onların əhəmiyyətini azaltmaq, ilkin mənasını dəyişdirmək və fərqli tarixi kontekstə salmaq cəhdləri isə qətiyyən qəbuledilməzdir.

# 874 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər