"Romanların marketinqini meyxanaçılara tapşırmaq lazımdır..." - Demək istəyirsiniz ki, bizim də içimizdə savadlı adamlar var?

"Romanların marketinqini meyxanaçılara tapşırmaq lazımdır..." - Demək istəyirsiniz ki, bizim də içimizdə savadlı adamlar var?
26 mart 2026
# 15:00

Kulis.az İlkin Özün yeni yazısını təqdim edir.

“Dərgahına üz tutmuşam,

Üz, üz, meyxanəçi...”

Anar Amin

Bu yaxınlarda tanınmış meyxanaçı Rüfət Nasosnu “Milyonların şousu”nda iştirak edib 8 min manat pul uddu və geniş müzakirələrə səbəb oldu.

Sosial şəbəkələrdə adamların buna münasibətini görəndə, qətiyyən, təəccüblənmədim. Əlbəttə, heç kəs tutduğu komandanın məğlub olmasını istəməz.

Rüfət sanki rəqib komandaya 4/0 hesabı ilə qalib gəldi. Bu da meyxana “azarkeş”ləri tərəfindən böyük təntənə ilə qarşılandı...

Sözügedən “azarkeşlər” bu “təqdirəlayiq” hadisəni bəh-bəhlə tirajlayıb istehzayla üzümüzə şapalaq kimi ilişdirdilər: “Nə oldu, bəs deyirdiniz meyxanaçıların içində istedadlı adam yoxdur?..”

Doğrusu, Rüfət, ya başqa bir meyxanaçının hansısa bilik yarışında qalib gəlməsində qeyri-adi heç nə yoxdur.

Əksinə, bu hadisəni şişirtmək meyxanaçıların nüfuzuna zərbədir. Adama deyərlər ki, kollektivinizdə vəziyyət o qədər ağırdır bəyəm bir nəfərin verlişdə sualları düzgün cavablandırması belə rezonans yaratdı? Demək istəyirsiz ki, bizim də içimizdə savadlı adamlar var?

Yadıma maraqlı bir əhvalat düşdü. Kənddimizdə X adlı bir nəfər imkanlı qonşusundan tez-tez gileylənir, hətta qarğış edir, nədənsə it-pişik kimi yola getmirdilər.

...Günlərin birində X taktikanı dəyişib haman şəxsə dua eləməyə başladı. Camaat səbəbini soruşanda qayıdıb dedi, bu günə kimi ona nə qədər qarğış etmişəmsə, xeyri olmayıb, deyindikcə o, bir az da varlandı. Ona görə də dua edirəm ki, bəlkə, bankrot oldu...

Bu kiçik haşiyə mənə illərdir ki, ədəbiyyatçılar və meyxanaçılar arasında baş verən mübahisələri xatırladır.

Meyxanaçılar deyir ki, guya əsl ədəbiyyat bədahətən, deyişməklə, formalaşmalıdır, beş saniyəyə dalbadal iki misra demədinsə, vəssalam, söhbət öldü. Qarşı tərəf də haqlı olaraq buna öz iradını bildirir.

Sözün düzü, qətiyyən, məqsədim meyxananın pisləmək, gözdən salmaq deyil, onsuz da görünən kəndə bələdçi lazım deyil.

Fikrimcə, uzun illərdir davam edən meyxana müzakirələri və bu xüsusda gedən dava-dalaşlar artıq yekunlaşmalıdır.

Keçmişdə tələbələr “Elmi ateizm”dən imtahan verirmişlər. Tədrisin əsas məqsədi tanrının yoxluğunu zəruru arqumentlərlə sübut etməkdi.

Ancaq bu fənn həddindən ziyadə məntiqsiz idi. Ona görə ki, əgər bir şey yoxdursa, bunu sübut etmək üçün mübarizə də gərəksizdir...

Həmçinin meyxana mövzusunda aparılan polemikalar, müzakirələr sadəcə dolayı yolla reklama xidmət edir, tanınmayan şəxsləri də üzə çıxır, sözüm onda deyil.

O gün Kəramət Böyükçöl, Aydın Xırdalanlı və Namiq Qaraçuxurlunun qızğın deyişməsini tirajlamışdı. Kütlə zövqünə xidmət edən məşhurların bir-birinə ağır, kobud, nalayiq ifadələr səsləndirməsi və hər nədirsə bunun adına sənət deməsi adamda ikrah yaradır.

Di gəl ki, AYB-nin üzvü Kərim Abi hansısa verlişdə tərəfdarlarını, meyxananı müdafiə edir və bunu “sənət” adlandırır, camaat da, əfsusus, kor-koranə alqışlayır...

Həmin videoçarxı izləyən normal adam mütləq qənaətə gəlir ki, meyxana hər nədirsə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixi-kulturoloji sterotiplərinə tamamilə yaddır...

Şübhəsiz, yazılı ədəbiyyatımızın minillik tarixinin olması fakt, meyxananın isə uzağı aşıq ədəbiyyatına söykənməsi fərziyyədir.

Təəssüf ki, bir çox meyxanaçının nə təhsilinin, nə də doğru-dürüst Aşıq ədəbiyyatından anlayışının olmaması fikrimi təsdiqləyir.

Meyxananın etimologiyası, tarixi kökləri ərəblərin “Cahiliyyə” dövrünə dirənir. Yəqin, onda qəbilələr bikarçılıqdan öz aralarında deyişirmişlər...

Gələk əsas məsələyə, yuxarıda qeyd etdiyim kimi heç biri müzakirə və mübahisələrin xeyiri olmadığını nəzərə alıb meyxananın faydaları ilə bağlı “alternativ”lər irəli sürmək istəyirəm:

Zənnimcə, milli romanların, milli musiqinin, bir sözlə, incəsənətin marketinqini məhz meyxanaçılara tapşırmaq lazımdır. Çünki əsas “auditoriya” onların əlindədir.

Mehman Əhmədli dura-dura, mənim sözümlə kimsə nə tarixi, nə mədəniyyəti, nə də incəsənətiylə maraqlanası deyil ha...

Hərçənd bəzi hallarda insan bədənində güllə ilə yaşamağa məcbur olur. Ona görə də meyxanaçıları tənqid etməkdənsə, X kimi gəlin taktikanı dəyişək.

Görünür, vaxtilə mədəniyyətdə yaranmış boşluğu andəqraund “sənət” birtəhər doldurmağı bacarıb, indi də camaata demək olmaz ki, meyxanaya qulaq asmayın. Rahatlıqla üzünə qayıdar ki, əcəb edirəm!

Adicə nənəm sutkanın yarısını Zaura, Xoşqədəmə baxmaqla keçirir. Heç bir fövqəltəbii qüvvənin də əlindən pultu almağa “dux”u çatmır. Meyxana da, həmçinin...

Ümumuiyyətlə, andəqraund “sənət” həvəskarlarını Axundzadənin “Aldanmış kəvakib”ində hakimiyyət islahatı aparan Yusif Sərracı devirmiş qövmə bənzədirəm. Çünki yaxşı da, pis də olsa, kütlə artıq öyrəşib...

Dediyim kimi meyxana ilə bağlı en qədər islahatlar aparıldı, yazılar yazıldı, fayda etmədisə, bundan sonra da çətin ki, düzəlsin.

Adicə özümdən misal çəkim, tələbə yoldaşım meyxanaçı idi, elə bu fikirlərimə görə mənimlə əlaqəsini kəsdi, olsun. Keçənə güzəşt deyərlər.

Qərəz, ol səbəbdən özümüzü yormağın adı yoxdur...

# 68 dəfə oxunub

Oxşar xəbərlər

"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı

"Kurtlar vadisi"ndəki yalı satışa çıxarıldı

13:47 26 mart 2026
Aristotelin ən məşhur davamçısı - Firuz Mustafa

Aristotelin ən məşhur davamçısı - Firuz Mustafa

10:40 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
"Ora azan deyil, sükut carçısıdır" - "Ruhlar kəndi"nin yaddaş ağrısı

"Ora azan deyil, sükut carçısıdır" - "Ruhlar kəndi"nin yaddaş ağrısı

10:00 26 mart 2026
Selin Dion yenidən səhnəyə qayıdır

Selin Dion yenidən səhnəyə qayıdır

13:00 25 mart 2026
42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

42 ilə ərsəyə gələn "Səyahətnamə" - Orada Azərbaycan haqqında nə yazılmışdı?

11:30 25 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər