Rəşad Əhmədzadə: "Mənim adım korrupsiya faktında hallana bilməz"

Rəşad Əhmədzadə: "Mənim adım korrupsiya faktında hallana bilməz"
8 dekabr 2022
# 19:26

Kukla Teatrının direktoru: Bütün söz-söhbət verdiyim müsahibədən sonra başladı. Bu sözləri teatrın direktoru Rəşad Əhmədzadə deyib.

“Yoxlama ilə bağlı əmr bizə gəlib çıxmamış artıq mətbuatda yayılmışdı ki, Kukla Teatrına yoxlama gəlir. Bu cür məsələlərin ictimailəşdirilməsi teatrın fəaliyyətinə zərbədir”.

APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə mətbuat konfransı zamanı deyib.

Rəşad Əhmədzadə teatrda aparılan yoxlama barəsində danışıb: "Sonra mən maraqlandım, yenə də yoxlama ilə bağlı əmri tapa bilmədim. Sonra tapılan əmrdə möhür yox idi, ikinci əmr də düzgün formada deyildi. Nəticə etibarilə belə çıxdı ki, nazirlik və oradakı əməkdaşlar bizim teatrımızın adını bilmir".

Direktor nazirliyin dövlət planı siyasətini tənqid edib: "Bütün söz-söhbətlər teatrımızın 90 illik yubileyi və ondan sonra verdiyim müsahibədən sonra başladı. Keçmiş nazir müavini ilə aramızda olan söhbətdən sonra ölkədə olan teatrların dövlət planı azaldıldı, bizimki isə artırıldı. Bir neçə dəfə xahişdən sonra bir az azaltdılar".

Rəşad Əhmədzadə mədəniyyət naziri Anar Kərimovla görüşdüyünü vurğulayıb: “Nazirlə görüşdən sonra düşündük ki, yoxlama tezliklə bitər, amma əksi oldu: vaxtı uzadıldı və daha da sərtləşdirildi. Nazirə sual verdim ki, niyə bizim teatrda olmursunuz? Kollektiv sizi görmək istəyir, heç yubiley tədbirimizə də gəlmədiniz. Dedi ki, görüşərik. Mən orada nazirdən xahiş etdim ki, teatra gələn yoxlamanın teatrdan anlayışı olsun".

Direktor yoxlamadan narazı olduğunu vurğulayıb: "Yoxlama getdikcə sərtləşdirildi və teatrda korrupsiya faktının olduğunu deməyə başladılar. Mənim adım korrupsiya faktında hallana bilməz".

# 3449 dəfə oxunub

Oxşar xəbərlər

Niyazinin mənzil-muzeyində növbəti tədbir

Niyazinin mənzil-muzeyində növbəti tədbir

17:37 18 iyun 2026
"Quzuların səssizliyi" filminin simvolu sərgiyə çıxarıldı

"Quzuların səssizliyi" filminin simvolu sərgiyə çıxarıldı

16:51 18 iyun 2026
İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

16:00 18 iyun 2026
"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər

"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər

15:30 18 iyun 2026
Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

15:25 18 iyun 2026
"Həmişə dilimin bəlasına düşürəm..."  - Saramaqonu niyə  tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

"Həmişə dilimin bəlasına düşürəm..." - Saramaqonu niyə tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

15:00 18 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər