Ramilə Şamilovanın qrup sərgisi olacaq

Ramilə Şamilovanın qrup sərgisi olacaq
29 yanvar 2026
# 11:28

Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi altında “LèRami” art studionun tələbələrinin iştirakı ilə "Aether" adlı qrup sərgisi olacaq.Ramil

Kulis.az xəbər verir ki, 29-1 fevral tarixlərində Xalça Muzeyinin Sərgi Qalereyasında baş tutacaq.

Ramilə Şamilova estetika dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. O, sənətə olan bağlılığını şəxsi təcrübəsindən kənara çıxaraq, çoxsaylı sərgilərdə kuratorluq etməklə və işlərini nüfuzlu məkanlarda nümayiş etdirmək şərəfinə nail olmuşdur.
Rəssam Ramilə Şamilovanın tələbələri, sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir. Bu il keçirilməsi nəzərdə tutulan sərgidə 20 tələbənin ümumilikdə 50 rəsm əsəri nümayişi gözlənilir. Ekspozisiyada 30 yaşdan yuxarı 30 rəssam və 1 uşaq rəssamın əsərləri yer alacaq.

Bu sərgi, Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirəcək.

“LèRami” art studianın əsas məqsədi 30 yaş üstü xüsusi ilə qadınların, vaxtıikən rəsmlə məşğul olmaq istəyib amma məşğul ola bilməyib, indi isə öz uşaqlıq arzularını reallaşdırmaq üçün buraya toplaşıblar. Məqsəd bir çoxunda eyni olsada zamanla öz təşəbbüslərinə görə inkişaf yolu dəyişir, təkcə rəsm çəkmək deyil eyni zamanda daxillərindəki məni çıxartmağa özləri özlərinə kömək edirlər. Bir çoxları bugünə kimi özümü sanki unutmuşdum yadıma saldım yenidən kimi ifadələr işlədirlər. Mən bu hissləri tam anlamasamda bir çoxlarından eşitdiyimə görə nə qədər dərin qatı olan yara kimi ifadə etdiklırini anlayıram. Düşüncələrimiz, hisslərimiz, yaşadıqlarımızla tək başına üzləşmək düşündüyümüzdən də çətin imiş. Ən asan həll yolu olan qaçış bir gün yorğunluğa və məcburi şəkolda dayanmağa vadar edir. Və o anda kətanla fərdin arasında olan həyat alış-verişi başlayır. Və zəhərini tökməsən yenidən yarana bilmirsən. Qadınlar özlərini unutmasınlar həyat ən çox onlar üçün sürətlə gedir. Bizim məqsəd sadədir, dəvətimiz özlərini yenidən sevməyə, tanımağa və yaranmağa vadar etməkdir.

Bu sərgidə iştirak edən tələbələrin demek olarki hər birinin öz başqa profesiyanal sahələri var və onlar bunu etməklə həm uşaqlıq arzularını reallaşdırmış həm də öz xobbilərini profesiyanal formada təqdim etməkdir. Və bununlada bu işi böyük şövqlə bacardıqlarını özlərinə və ətrafdakilarına sübut edirlər.

Sərgidə 35 rəssam olmaqla 85 əsər yer alır. Böyüklərlə yanaşı uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümaiş etdirilər. Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.

Sərginin açılışı 30 yanvar saat 19:00-da olacaq

# 378 dəfə oxunub

Oxşar xəbərlər

Efirlərdən qovulan müğənnilərin intiqamı - Klassikaya çevrilmiş mahnılarımızı pis günə qoyanların məqsədi nədir?

Efirlərdən qovulan müğənnilərin intiqamı - Klassikaya çevrilmiş mahnılarımızı pis günə qoyanların məqsədi nədir?

12:00 13 mart 2026
“Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110”  adlı sərgi açıldı

“Əməkdar incəsənət xadimi Zakir Bağırov - 110” adlı sərgi açıldı

11:40 13 mart 2026
"Riyakarın iflası"  kitabının təqdimatı keçirildi

"Riyakarın iflası" kitabının təqdimatı keçirildi

11:09 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:43 13 mart 2026
Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

10:14 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər