Qazax Dövlət Dram Teatrı 87-ci mövsümü başa vurdu

Qazax Dövlət Dram Teatrı 87-ci mövsümü başa vurdu
16 iyul 2025
# 11:40

Qazax Dövlət Dram Teatrı İyulun 12-də Əməkdar artist Xəzər Gəncəlinin türkiyəli yazıçı-dramaturq Cahit Atayın “Pusquda” pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın premyerası ilə 87-ci mövsümünü başa vurub.

Kulis.az xəbər verir ki, teatrda növbəti teatr mövsümünün sona çatması münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı, aktyor Yusif Qoca mövsüm ərzində teatrda görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib. Ardınca səhnəyə Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən rejissor Allahverdi Musayev dəvət olunub. O, kollektivi və qonaqları salamlayıb. Teatr rəhbəri yeni mövsümə daha böyük layihələrin planlaşdırıldığını, istər klassik, istərsə də müasir əsərlərlə teatrın repertuarının zənginləşdiriləcəyini, peşəkarlıq səviyyəsini daha da yüksəltməyi, ən əsası sənətə və tamaşaçılara layiqincə xidmət ediləcəyini vurğulayıb və tədbiri açıq elan edib. Daha sonra Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azad Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov növbəli şəkildə kollektivi geridə qoyulan mövsümdə qazanılan uğurlar münasibətilə təbrik edib, xoş istirahətlər arzulayıblar.

Tədbirin gedişatında bildirilib ki, mövsümün ilk günlərində Əli Əmirlinin “Xeyir xəbər” pyesinin əsasında hazırlanan “Şəhid atası” tamaşasının premyerası olub. Tamaşa Qazaxda müxtəlif dövlət və özəl təşkilatların əməkdaşları üçün nümayiş etdirilib. Eyni zamanda Ağdam şəhərinə qastrol səfəri zamanı təqdim olunub. Bundan sonra daha dörd tamaşanın – Abdulla Elşadlının Samuel Bekketin eyniadlı pyesi əsasında quruluş verdiyi “Səmirsiz” mono-tamaşasının, Əməkdar artist Xəzər Gəncəlinin Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırladığı “Teleqram” komediyasının, Allahverdi Musayevin Şəbnəm Xeyrullanın eyniadlı pyesi əsasında səhnələşdirdiyi “Arqon” mono-tamaşasının, Əməkdar artist Xəzər Gəncəlinin Cahit Atayın eyniadlı pyesi əsasında səhnəyə uyğunlaşdırdığı “Pusquda” tragikomediyasının premyerası keçirilib.

Teatrın bu mövsümdə qazax yazıçısı Roza Mukanovanın “Bir çətir altında – mən” pyesi əsasında Əməkdar artist Musa Eyyubovun quruluş verdiyi eyniadlı tamaşa ilə Qazaxıstanın Astana şəhərində keçirilən III Beynəlxalq Teatr Festivalı “Teatr ALL”dan uğurla qayıtmasından söhbət açılıb.

Xəzər Gəncəlinin bu tamaşada oynadığı obraza görə “Ən yaxşı kişi aktyor” nominasiyasında mükafata layiq görülməsi xüsusi vurğulanıb.

2025-ci ilin də Qazax Dövlət Dram Teatrı üçün uğurlu başladığı qeyd olunub. Belə ki, yanvarın 8-də kollektivin Mirzə Nicatın Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesinin əsasında hazırladığı “Love Butik” tamaşası və Abdulla Elşadlının Samuel Bekketin eyniadlı əsəri əsasında quruluş verdiyi “Səmirsiz” mono-tamaşası ilə Akademik Milli Dram Teatrında keçirilən “Bölgə teatrlarının Bakı premyerası” layihəsində uğurla iştirak etdiyi, sonuncunun rejissorunun “ən kreativ rejissor” və aktyoru Rüfət Ömərin isə “ən yaxşı kişi aktyor” nominasiyalarında mükafata layiq görüldüyü diqqətə çatdırılıb.

Eyni zamanda “Love Butik” tamaşasının layihə çərçivəsində “Mədəniyət” kanalında canlı yayımlandığı və xüsusi marağa səbəb olduğu mövsümün uğurları sırasında sadalanıb.

İl ərzində əvvəlki illərə nəzərən uşaq tamaşalarının sayının artdığı da mövsümün əsas nəticələri kimi göstərilib. Bildirilib ki, yeni il ərəfəsində Vüsal Hüseynovun yazıb-quruluş verdiyi “Yeni il möcüzəsi”, Novruz bayramı ərəfəsində Ceyhun Vəlizadənin yazıb-quruluş verdiyi “Ünsürlərin sehri”, 1 iyun Uşaqlar Günündə isə Cəmilə Allahverdiyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Musa Eyyubovun quruluş verdiyi “Əkil və Bəkil” nağıl-tamaşaları uşaqlar, eləcə də böyüklər tərəfindən maraqla qarşılanıb.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, teatrın kollektivi Qazax rayonunda keçirilən dövlət tədbirlərində də fəal iştirak edib. Kollektivin tədbirlərdə iştirakının Qazax Rayon İcra başçısı Rəcəb Babaşov tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə mövsüm ərzində teatrın daxili işlərində fərqlənən əməkdaşların mükafatlandırma mərasimi keçirilib. Mükafatları Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Allahverdi Musayev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azad Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov təqdim edib.

Tədbir teatrın aktyorları Nəsimi Aşbazov və Zəmanə Dərvişin təqdimatında musiqi nömrələri ilə başa çatıb.

# 142 dəfə oxunub

Oxşar xəbərlər

Avrelinin heykəli 65 il sonra   Türkiyəyə "qayıdır"...

Avrelinin heykəli 65 il sonra Türkiyəyə "qayıdır"...

16:55 16 iyul 2025
“MətbuArt”  beynəlxalq incəsənət simpoziumu keçirilir

“MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir

16:38 16 iyul 2025
“Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirildi

“Teatrın dostu” mükafatının təqdimolunma mərasimi keçirildi

16:28 16 iyul 2025
"Emmy" nominasiyaları siyahıda - “The Severance” filmi  liderdir

"Emmy" nominasiyaları siyahıda - “The Severance” filmi liderdir

15:45 16 iyul 2025
"Ağıl verib nəsihət etməklə düzəlsəydi..."  - Axundzadənin çəkdiyi əziyyət daha ağır imiş...

"Ağıl verib nəsihət etməklə düzəlsəydi..." - Axundzadənin çəkdiyi əziyyət daha ağır imiş...

15:00 16 iyul 2025
Motosiklet qəzasında ağır yaralanan yazıçı evə buraxıldı

Motosiklet qəzasında ağır yaralanan yazıçı evə buraxıldı

14:41 16 iyul 2025
# # #