“Qarışqa təqvimi” kitabı çap olundu

Təranə Vahid

Təranə Vahid

24 noyabr 2021
# 18:30

Tanınmış yazıçı, publisist Təranə VahidinQarışqa təqvimihekayələr kitabı çapdan çıxıb.

Bu barədə yazıçı özü kulis.aza məlumat verib. O, bildirib ki, “Qanun” nəşriyyatında işıq üzü görən kitabda son illərdə qələmə aldığı “Dəfn nəğmələri”, “Mən toz dənəsiyəm”, “Göy üzü qanamışdı”, “Uçan buludlar”, “Durna adam”, “Xırda bəhanələr” və digər hekayələri yer alıb:

“Sözün düzü, kitabım çoxdan hazır idi. Sadəcə, çap olunacağı günü gözləyirdi. Belə bir təklif ölkəmizin nüfuzlu nəşriyyatlarından biri olan “Qanun”dan gəldi. Bir yazar üçün bu, olduqca qürurvericidir. “Qanun” nəşriyyatının rəhbəri, naşir Şahbaz Xuduoğluna bu nəcib addımına görə təşəkkür edirəm”.

Xatırladaq ki, Təranə Vahidin eyniadlı hekayələr kitabı bu ilin mart ayında İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “Türkay” nəşriyyatında çap olunub və türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.

# 3721 dəfə oxunub

Oxşar xəbərlər

Donald Tramp  “təlxək” adlandırıldı - Elvis Presliyə görə

Donald Tramp “təlxək” adlandırıldı - Elvis Presliyə görə

11:50 4 avqust 2026
Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

11:30 4 avqust 2026
Türkiyədə 2500 illik heykəl tapıldı

Türkiyədə 2500 illik heykəl tapıldı

11:10 4 avqust 2026
Qəbələdə "GabalaFest" möhtəşəm qala-konsertlə başa çatdı

Qəbələdə "GabalaFest" möhtəşəm qala-konsertlə başa çatdı

10:42 4 avqust 2026
Çində kitabxana zibilyığan qocaya niyə heykəl ucaltdı?

Çində kitabxana zibilyığan qocaya niyə heykəl ucaltdı?

10:40 4 avqust 2026
Kortni Lav Kurt Kobeynlə bağlı polis sənədinin ona verilməsini tələb etdi

Kortni Lav Kurt Kobeynlə bağlı polis sənədinin ona verilməsini tələb etdi

10:20 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər