"Qaraca qız" tamaşasının məşqləri davam edir

"Qaraca qız" tamaşasının məşqləri davam edir
22 aprel 2024
# 10:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Süleyman Sani Axundovun və Abdulla Şaiqin "Qaraca qız" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqləri davam edir.

Kulis.az xəbər verir ki, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.

Səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrıseçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır, ancaq hadisələrin cərəyanı nəticəsində o, qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf Tutunu varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırır. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.

# 2213 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

12:00 2 may 2026
Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

10:30 2 may 2026
Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər