Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna hökm oxundu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna hökm oxundu
20 sentyabr 2025
# 16:43

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Mədəniyyət Nazirliyinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə hökmü – Əziz Qarayüsifli vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cərimələnib

Kulis.az APA -ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Aygün Məmmədovanın sərliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin cinayət əməlini onun törətməsi sübuta yetirilib və ona dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzası təyin edilib.

Dövlət büdcəsinə dəymiş zərər tam şəkildə qaytarılıb

Qeyd edək ki, Əziz Qarayusifli öz mövqeyindən sui-istifadə etməklə 43 min manat pulu mənimsəməkdə ittiham olunub. O, istintaq dövründə dövlət büdcəsinə dəyən ziyanı tam ödəyib. Zərərçəkın qismində tanınan Mədəniyyət Nazirliyinin sabiq direktora qarşı heç bir iddiası olmayıb. Sabiq direktor ibtidai istintaq zamanı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham edilsə də, məhkəmə araşdırması zamanı ziyanı tam ödədiyi üçün 179.2.3 və 179.2.4-cü maddələrə xitam verilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində qanun pozuntuları aşkarlanıb, direktor işdən çıxarılıb

Xatırladaq ki, Ə.Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışıb. O, işində yol verdiyi ciddi qanun pozuntularına görə ötən il tutduğu vəzifədən azad edilib. Sabiq direktor 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər