Qadağan olunmuş kitablar - Katolik kilsəsinin “qara siyahısı”

Qadağan olunmuş kitablar - Katolik kilsəsinin “qara siyahısı”
24 fevral 2024
# 15:00

Katolik kilsəsinin 1559-cu ildən 1966-cı ilə qədər qüvvədə olan və daim yenilənən “qadağan olunmuş kitablar” siyahısı protestant reformasiyasını təzyiq altında saxlamaq üçün hazırlanmışdı. Yer kürəsinin kainatın mərkəzi yox, Günəş ətrafında fırlanan adi bir planet olduğunu iddia edən, əxlaqın dinlə əlaqəli olmadığını düşünən kitab müəlliflərinin adları ardıcıl olaraq həmin siyahıya əlavə edilirdi. Son illər tədqiqatçılar üçün açıq elan edilən Vatikan mənbələrindən aydın olur ki, “qadağan olunmuşlar siyahısı” dörd min başlıq altında Qərb dünyasının, demək olar, bütün yazıçı, alim, filosoflarının adlarını və əsərlərini əhatə edir.

Kulis.az katolik kilsəsinin 1559-1966-cı illər arasında kitablarını qadağan etdiyi müəlliflərin siyahısını təqdim edir.

Elmi inqilabın nümayəndələri: Qalileo Qaliley, Nikolay Kopernik, İoahann Kepler, Cordano Bruno, Erasmus Darvin (Çarlz Darvinin babası – red);

Brunoya verilən cəza, sadəcə, əsərlərinin qadağası ilə kifayətlənməmiş, alim 1600-cü ildə Roma meydanında diri-diri yandırılaraq edam edilmişdi.

Fəlsəfi düşüncənin təmsilçiləri: Rene Dekart, Nikkolo Makiavelli, Frensis Bekon, Tomas Hobbs, Devid Yum, Con Lokk, Benedikt Spinoza, İmmanuel Kant, Corc Berkli, Anri Berqson;

Fransız maarifçiləri: Fransua Volter, Jan Jak Russo, Şarl Lui Monteskyö, Deni Didro, Adrian Helvetsi, Pol Anri Holbax;

Qərb dünyasının böyük ədəbiyyat nümayəndələri: Aliqyeri Dante, Mişel de Monten, Onore de Balzak, Viktor Hüqo, Jan de Lafonten, oğul-ata Dümalar, Markiz de Sad, Daniel Defo, Andre Jid, Qustav Flober, Emil Zolya, Haynrix Hayne, Jan Pol Sartr, Simona de Bavuar, Anatol Frans.

Bəli, Vatikan uzun illər boyu azad düşüncəni, elmi, sənəti, ədəbiyyatı, insanlığın bütün təcrübəsini qadağalar və təzyiqlər altında saxlamağa cəhd edib.

Lakin maraqlıdır ki, siyahıda adları çəkilənlər arasında Çarlz Darvinin əsərləri yoxdur. Bəzi tədqiqatçılar bunun səbəbini belə açıqlayırlar ki, vaxtilə yerin Günəş ətrafında fırlanması iddiasına görə Qalileyi məhkum edib, sonradan yanıldığını görən kilsə yenidən eyni səhvi təkrarlamaq istəməyib. Məhz bu hadisədən sonra kilsə elmi kitablara qarşı daha təmkinlə yanaşmağa çalışıb.

Darvinlə yanaşı, kitabları “qara siyahıya” düşməyənlər arasında Fridrix Nitsşenin, Karl Marksın, Fridrix Engelsin, Ziqmund Freydin, Artur Şopenhauerin, Lüdviq Feyerbaxın da adlarını qeyd etmək olar.

Eyni zamanda, Hitlerin “Mənim mübarizəm” əsərinin qadağası məsələsi üç il müzakirə olunsa da, kilsə sonda diktatora qarşı çıxmaqdan çəkinmişdi.

“Aydın yol”

# 2050 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər