Pənahəli xan və onun soykökü - Tural İbrahimov

Pənahəli xan və onun soykökü - Tural İbrahimov
11 aprel 2025
# 17:30

Kulis.az Pənahəli xanın varisi Tural İbrahimovun "Pənahəli xan və onun soykökü" essesini təqdim edir.

Biz də ata tərəfdən Pənahəli xanın soyundanıq. Ana tərəfdən isə Xələf bəyin nəslindənik. Atababamız Səməd bəy, Pənahəli xanın böyük oğlu İbrahimxəlil xanın soyundandır. Soyadımızın "İbrahimov" olması da məhz bununla bağlıdır.

Pənahəli xan Cavanşir XVIII əsrdə Qarabağ xanlığının əsasını qoymuş görkəmli dövlət xadimi idi. Onun soykökü Azərbaycanın qədim və nüfuzlu tayfalarından biri olan Cavanşirlər nəslinə dayanır. Bu nəsil erkən orta əsrlərdən etibarən Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış və siyasi nüfuz qazanmışdı.

Cavanşirlər nəslinin tarixi VII əsrdən etibarən məlumdur. Bu nəsil Albaniya hökmdarı Türk kökənli Cavanşirin (642–681) soyunun davamçısıdır.
Ərəb işğalları dövründə Cavanşir Albaniyanın müstəqilliyini qorumağa çalışmış, lakin sonda ərəb hakimiyyətini qəbul etməyə məcbur olmuşdur. Onun nəslindən gələnlər əsrlər boyu Qarabağda müxtəlif vəzifələrdə olmuş və bölgənin idarə edilməsində mühüm rol oynamışlar.

XVII-XVIII əsrlərə gəldikdə isə Cavanşirlər tayfası Qarabağın ən güclü nəsillərindən biri kimi tanınırdı. Bu tayfanın nümayəndələri Səfəvilər və Nadir şah dövründə müxtəlif hərbi və inzibati vəzifələrdə çalışmışdılar.

Pənahəli xan 1693-cü ildə anadan olmuşdu. O, Nadir şah Əfşarın xidmətində olmuş, lakin şahın ölümündən sonra yaranan qarışıqlıqda Qarabağ camaatının təkidi ilə 1747-ci ildə Qarabağa qayıtmış və müstəqil Qarabağ xanlığını yaratmışdır. O, əvvəlcə Bayat qalasını, sonra Şahbulaq qalasını, nəhayət, Şuşa qalasını tikdirərək Qarabağın mərkəzini oraya köçürmüşdür.

Onun hakimiyyəti dövründə Qarabağ xanlığı siyasi və iqtisadi cəhətdən güclənmiş, daim düşmən tərəflə mübarizə apararaq öz sərhədlərini qorumağa çalışmışdır. Pənahəli xandan sonra 1763-cü ildə hakimiyyətə oğlu İbrahimxəlil xan gəlmişdi.

Pənahəli xan Azərbaycanın tarixi şəxsiyyətlərindən biri olmaqla yanaşı, Cavanşirlər nəslinin dövlətçilik ənənəsini davam etdirən və Qarabağ xanlığının əsasını qoyan mühüm şəxsiyyətdir. Onun siyasi uzaqgörənliyi və hərbi bacarığı sayəsində Qarabağ xanlığı regionun güclü dövlətlərindən birinə çevrilmişdir.

Uşaqlığımız tarixlə nəfəs alaraq keçib. Biz tariximizi, soy-kökümüzü sadəcə bilməklə kifayətlənmədik – onu hiss etdik, yaşadıq. Rəhmətlik babam və atam, ailəmizin tarixini elə bir ruhla danışırdılar ki, sanki keçmişlə bu gün arasında görünməz bir körpü qurulurdu. Onların söhbətləri təkcə faktları deyil, həmin dövrün düşüncə tərzini, duyğularını da yaşadırdı. Hər bir ad, hər bir hadisə bizim üçün bir simvola çevrilmişdi.

Anam isə bizə uşaqlıqda nağıl oxumazdı. O, bizə iki böyük nəslin – həm ata, həm ana tərəfinin tarixini danışardı. O qədər təbii, o qədər maraqlı danışırdı ki, bu hekayələr bizim üçün nağıllardan daha cazibədar olurdu. Beləcə, biz nağıl qəhrəmanları ilə deyil, real tarixi şəxsiyyətlərlə böyüdük. Hər adın, hər soyun arxasında bir mübarizə, bir fədakarlıq, bir mənəviyyat olduğunu dərk edərək formalaşdıq.

Bizim nəsil Azərbaycan tarixində, elmi və ədəbiyyatında iz qoymuş şəxsiyyətlər yetirmiş bir nəsildir. Bu nəsildən çıxanlar təkcə adları ilə yox, həm də gördükləri işlərlə yadda qalıblar. Xurşidbanu Natəvan kimi bir şairə, xeyriyyəçi, mədəniyyət daşıyıcısı, Qasım bəy Zakir kimi maarifpərvər şair və aydın – bu kimi şəxsiyyətlər yalnız bir ailənin, bir nəslin deyil, bütün xalqın iftixarıdır. Onların irsi bu gün də bizə yol göstərir, ruhumuzu yaşadır.

# 880 dəfə oxunub

Oxşar xəbərlər

“Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır” - Nadir Yalçın

“Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır” - Nadir Yalçın

12:00 4 iyul 2025
Hər yer hasarlanıb, hər yerin "yiyəsi", "xozeyni" var - Yalçın İslamzadə

Hər yer hasarlanıb, hər yerin "yiyəsi", "xozeyni" var - Yalçın İslamzadə

11:13 4 iyul 2025
"Oasis"  16 ildən sonra konsert verəcək

"Oasis" 16 ildən sonra konsert verəcək

10:46 4 iyul 2025
Tanınmış nağara ifaçısı vəfat etdi

Tanınmış nağara ifaçısı vəfat etdi

10:17 4 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Məşhur Hollivud ulduzu dünyasını dəyişdi

Məşhur Hollivud ulduzu dünyasını dəyişdi

23:13 3 iyul 2025
#
#
# # #