Pakistanda Azərbaycanla bağlı sərgi keçirildi

Pakistanda Azərbaycanla bağlı  sərgi keçirildi
27 noyabr 2021
# 10:10

Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan-Azərbaycan Tələbə Assosiasiyasının birgə təşkilatçılığı ilə COMSATS universitetində Azərbaycanın Vətən müharibəsinə həsr olunan “Azərbaycan – Tarix və Qələbə” adlı sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan - Azərbaycan Tələbə Assosiasiyasının üzvləri, universitet rəhbərliyi və tələbələri, eləcə də ictimaiyyət və kütləvi informasiya nümayəndələri iştirak ediblər.

Sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının indiki vəziyyəti, 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həmvətənlərimizin həlak olması, eləcə də infrastruktura dəyən zərərlə bağlı fotoşəkillər yer alıb.

Orada Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızın erməni işğalından azad olunmasını, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban verən əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüşü, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, eləcə də Vətən müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilən dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının dalğalandığını əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

Sərginin açılışından sonra çıxış edən səfir Xəzər Fərhadov erməni vəhşiliyinə məruz qalan Azərbaycan əraziləri, 44 günlük Vətən müharibəsi, həmçinin Azərbaycan və Pakistan arasındakı münasibətlər barədə geniş məlumatları iştirakçıların diqqətinə çatdırıb. X.Fərhadov Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bu ölkənin hökumətinə və xalqına təşəkkürünü bildirib.

Sərgidə COMSATS universitetinin nümayəndələri Sajjad Əhməd Mədni və Vajeha Ənvər çıxış edərək Azərbaycan–Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açıb, Vətən müharibəsindəki Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik ediblər.

Sərgi zamanı Vətən müharibəsinə həsr olunan videoçarx da nümayiş olunub.

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər