Ozodbek Nazarbekov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

Ozodbek Nazarbekov  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi
12 may 2023
# 12:50

Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov “2023-cü il Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə işğaldan azad olunması ilə bütün Türk Dünyasında qürur və fəxarət mənbəyinə çevrilmiş Şuşa şəhərinə məxsus zəngin maddi-mənəvi sərvətlərdən söz açılıb.

Təşkilat tərəfindən bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıyan Şuşa şəhərinin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirilmiş bir sıra tədbirlərdən bəhs olunub. Fond tərəfindən ötən ildən başladılan, həmçinin Özbəkistanın Daşkənd şəhərində təşkil olunan “Şuşa Günləri” ümumtürk həmrəyliyinin nümayişi kimi dəyərləndirilib. Layihənin Türk Dünyasının müxtəlif şəhərlərində davam etdiriləcəyi bildirilib.

Görüşdə eyni zamanda Fondun Özbəkistanla qarşılıqlı əməkdaşlığın inkişafı yönündə apardığı işlərə diqqət çəkilib.

Ölkənin rəsmiləri ilə keçirilən görüşlər, Fondun onların iştirakları ilə gerçəkləşən tədbirləri müzakirə olunub. Özbək xalqının görkəmli mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinin təşkilat tərəfindən qeyd olunması, yaradıcılığının beynəlxalq miqyasda təbliği yüksək giymətləndirilib. Təşkilat ilə Özbəkistan arasında ortaq iş birliyi çərçivəsində planlaşdırılan gələcək layihələrin perspektivləri nəzərdən keçirilib.

Görüş qarşılıqlı maraq doğuran mövzulara dair fikir mübadilələri ilə davam edib.

# 1775 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər