Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəm ilə ADPU-da görüş keçirildi

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəm ilə ADPU-da görüş keçirildi
26 yanvar 2024
# 13:46

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəm ilə ADPU-da görüş keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın tanınmış şairi, "Şöhrət" medalı mükafatçısı, "Kitab dünyası" qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində görüş keçirilib.

Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova (Nağıqızı) açıb. O, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tarixi köklərinin mövcudluğunu, bu gün də əlaqələrin yüksələn xətt ilə irəlilədiyini diqqətə çatdırılıb. Mahirə Hüseynova, həmçinin, müəllifin Azərbaycanda çap olunmuş kitablarının, Azərbaycanla bağlı olan yaradıcılıq nümunələrinin geniş elmi ictimaiyyət tərəfindən də araşdırılmasının, elmi qiymət verilməsinin vacibliyini qeyd edib.

Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək, Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusu üçün doğma olduğunu, onun yaradıcılığında Qarabağ mövzusunun xüsusi əhəmiyyət daşıdığını, ədəbi əlaqələrimizdə xidmətlərinin önəmini vurğulayıb.

Şair Xasiyyət Rüstəm universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb, professor-müəllim heyəti ilə ədəbi əlaqələrimizin inkişafı yolunda görülməsi vacib olan işlər istiqamətində fikir mübadiləsi aparılıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxışı zamanı Xasiyyət Rüstəmin rəhbərliyi ilə nəşr olunan "Kitab dünyası" qəzetinin hər sayında Azərbaycan müəlliflərinin yaradıcılıq nümunələrinin çap olunduğunu, Xasiyyət Rüstəmin yaradıcılığında, fəaliyyətində Azərbaycanla bağlılığın çox parlaq olduğunu vurğulamışdır.

Tədbirin sonunda professor, şair Mahirə Hüseynovaya (Nağıqızına), şair Əkbər Qoşalıya və fakültə dekanı Könül Həsənovaya "Kitab dünyası" qəzetinin fəxri diplomları təqdim olunub. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşıb.

# 1872 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər