“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü gördü

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü gördü
16 mart 2026
# 12:34

“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə açılan bu nömrəsində oxuculara bu ölməz söz ustadı ilə bağlı yazıçı-publisist Ramiz Göyüşün “Homer nəğmələrində oxunan əfsanəvi dostluq” və filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın “S.Vurğun yaradıcılığının Qazax aşiq mühitinə təsiri və “Ceyran” obrazının aşıq poetikasında bədii təzahürü” sərlövhəli məqalələri də təqdim olunur.

Oxucular eyni zamanda Milli Məclisin deputatı Musa Urudun “Zəlimxan Yaqubun Zəngəzur bayatıları”, tibb elmləri doktoru, professor Fatma Hacıyevanın “Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...”, şair İbrahim İlyaslının “Nobel deyilən mükafata onun daha çox iddiali olmaq haqqı var!”, tədqiqatçı Araz Yaquboğlunun “Daşkəndli Aşıq Nəcəf hansı ildə doğulub?”, Çəmən Miriyevanın “Unudulmaz xatirələr”, araşdırmaçı Eldar Həsənlinin “Mənim işim haqqınandı, zülümkara deyəmmərəm...”, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlının “Xalqın sevimli saz şairi – Paşa Salahlı”, ADMİU-nun dosenti Hafiz Kərimovun “Aşıq Məsim Sadaxlı”, şair-publisist Əkbər Qoşalının “Poetik kəramət”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Astaranın aşıq oğlu” və “Sinəsi söz dolu, saz oldu, getdi” sərlövhəli elmi və elmi-publisistik məqalələri, eləcə də İlqar Həkim, Vaqif Rzayev, Altay Məmmədli və Vidadi Borçalının şeirləri və digər yazılarla tanış ola biləcəklər.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

# 916 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər