Onu teatrımızda baş rejissor görmək istəyirik - Xalq artistindən Mədəniyyət nazirinə açıq məktub

Onu teatrımızda baş rejissor görmək istəyirik - Xalq artistindən Mədəniyyət nazirinə açıq məktub
15 may 2023
# 18:00

Xalq artisti Yasin Qarayev Mədəniyyət Nazirliyinə açıq məktub yazaraq Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımovun baş rejissor təyin edilməsini xahiş edib.

Kulis.az sözügedən məktubun mətnini təqdim edir:

"Azərbaycan Dövlət Mədəniyyət naziri Cənab Adil Kərimliyə Xalq artisti Yasin Qarayev tərǝfindən

Müraciət

Hörmətli Adil müəllim!

Azərbaycan Respublikasının Əməkdar artisti Nicat Kazımov 30 ildən çoxdur ki, Gənc Tamaşaçılar Teatrınında aktyor və rejissor kimi fəaliyyət göstərir. Bu illər ərzində o, saysız-hesabsız tamaşalara quruluşlar vermiş və çox böyük uğurlar qazanmışdır. 2007-ci ildə quruluş verdiyi "Pəri cadu" tamaşasi ilk dəfə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülüb. Nicat Kazımovun müxtəlif dövlət tədbirlərində verdiyi quruluşlar da ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanıb...

Teatrımızın kollektivi Nicat Kazımovu yüksək intellektə və zəngin təcrübəyə malik olan bir rejissor kimi çox sevir. Bu gün kollektivin hər bir üzvü teatrımızda Nicat Kazımovu baş rejissor vəzifəsində görmək arzusundadır.

Cənab nazir, bu arzunun reallaşması sizdən asılıdır".

Qeyd edək ki, mayın 13-də Mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib.

# 3857 dəfə oxunub

Oxşar xəbərlər

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu

11:45 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər