O, təlim görmüş sovet vəhşisini təmsil edirdi

O, təlim görmüş sovet vəhşisini təmsil edirdi
17 iyul 2023
# 14:00

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Dövləti aristokratlar idarə etmişdi, filosoflar idarə etmişdi, oliqarxlar idarə etmişdi, teokratlar idarə etmişdi, hətta timokratlar (şöhrət düşkünləri) idarə etmişdi və s. Ancaq qara camaat (oxlokratiya) heç vaxt idarə etməmişdi. Keçmiş SSRİ oxlokratik və qlobal bir eksperiment idi.

Dünya keçmiş Rusiya imperiyası ərazisində qara camaatın ölkəni necə idarə edəcəyini təcrübədən keçirirdi. Hətta ən qatı kapitalist ölkə ABŞ belə bu təcrübənin nəticəsini bilmək üçün yarandığı illərdə SSRİ-yə gəmi-gəmi yardımlar göndərirdi.
Məsələn, Məhəmməd Əmin Rəsulzadənin Moskvada "ev dustağı" olduğu vaxtlarda özünə aldığı ilk ayaqqabı ABŞ fəhləsinin sovet fəhləsinə "göndərdiyi" ikinci əl ayaqqabısı idi.

Bu qlobal siyasi eksperimet soyuqqanlı bir şəkildə adına "sovet vətəndaşı" deyilən bir insan növü yetişdirirdi. Sovet insanı, sovetantrop eksperimental insan idi. Bəşəri dəyərlər onda deformasiyaya uğradılmışdı. O, bəşərdən təcrid edildiyi üçün bəşərə qarşı idi. Bəşəri özünün düşməni kimi görürdü.

Adi sərhəd yoxlanış məntəqəsində səsini başına atıb "mən sovet vətəndaşıyam" deyə bağıran Mayakovski bəşəri şairi deyil, təlim görmüş sovet vəhşisini təmsil edirdi.

Təsəvvür edin, İtaliyaya qədim Romanın izlərini seyr etməyə deyil, həmişə olduğu kimi pal-paltar almağa getmisiniz, italiyan sərhədçi ölkəyə girişdə pasportunuzu istəyir, siz isə bu an pasportunuzu havaya qaldırıb uca səslə "Mən Azərbaycan vətəndaşıyam" deyə bütün dünyaya nifrət yağdıran poemanızı oxuyursunuz.

Sovet insanı belə bir qlobal dənşalaq idi. Ona bəşərlə münasibətdə sağ qalmağın bu cür qeyri-etik, qeyri-qanuni yolları öyrədilirdi. O, bəşərə yenilməmək üçün ilk növbədə bəşəri olanı çeynəməliyidi ki, öz mühitini yarada bilsin. Sovet insanı bəşəri olanı çeynəyib öz mühitini yaratmanın, özünü özünə fəda etmənin xüsusi təyinatlısı idi.

Bu insani eksperiment sovet insanının şüurunda çox şeyi dəyişdi, ancaq şüuraltısına təsir edə, onun "qara camaat" şifrəsini sındıra bilmədi.

Və SSRİ böyük ordulara, böyük aclıqlara, böhranlara deyil, Qərbin populyar kültürünün cins şalvarlarına, qara eynəklərinə, "Marlboro" siqaretlərinə, "цветомузыка" maqnitafonlarına, "цветной" televizorlarına yenildi.
Çünki o "qara camaat"dan Qərbdə də var idi və onlar qara camaatın öz dövlətini nələrə qurban verəcəyini çox yaxşı bilirdilər.

Bu eksperimental dövlət irsi "pal-paltar görməmişliyinə" məğlub olub dağıldı, onun eksperimental nəsillləri isə sağ qaldı və bu gün tarixdə ilk dəfə hakimiyyət əldə etmiş "qara camaatın" titullu təmsilçiləri kimi post-sovet ölkələrində yuxarı başda əyləşirlər.

Bu gün bu ölkələr özlərinin "Qırx illik səhra gəzintisi" dönəmini yaşayırlar. Bu qırx ilin otuz ili keçib, on ili qalıb.
Xumar Qədimovanın sözü olmasın, on il də dözün! )

# 3171 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər