O film başına bəla oldu, təhqir dolu məktublar aldı, küçəyə çıxa bilmədi – Filmimizin Kələntər dayısı

İsmayıl Osmanlı, aktyor, SSRİ Xalq artisti

İsmayıl Osmanlı, aktyor, SSRİ Xalq artisti

11 aprel 2022
# 12:00

Bu gün aktyor, SSRİ Xalq artisti İsmayıl Osmanlının doğum günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında 10 maraqlı faktı təqdim edir.

1. İsmayıl Osmanlı 11 aprel, 1902-ci ildə Şəkidə, kasıb ailədə dünyaya gəlib. O, on bir yaşında olarkən atası Osmanı itirib. Yetim qalan İsmayıl ailəni saxlamaq üçün ipək fabrikində, dabbaqxanada işləyib.

2. "Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı” – xatirələrində İsmayıl Osmanlı teatra başladığı günləri bu cür xatırlayırdı. O, 1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları ətrafına toplayan dram dərnəyinə üzv yazılır və bu dram dərnəyi ona teatrı sevdirir. İki ildən sonra Gəncəyə köçürlər və o, altı il buradakı həvəskarlar teatrında çalışır. 1928-ci ildə məşhur rejissor Kirmanşahlının təklifilə Tiflis-Azərbaycan teatrına dəvət edilir. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı Osmanlını öz səhnəsinə dəvət edir. Şəmsəddin Abbasovun "Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə fəaliyyətə başlayır. Və həyatının sonuna qədər bu teatrda işləyir.

"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar

3. Aktyor həm dramatik, həm də komik rolların ifaçısı kimi şöhrət qazanıb. İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların öhdəsindən peşəkarcasına gəlib, bu istedadına görə kino sahəsində özünəməxsus dəsti-xətti ilə yadda qalıb.

4. Onu daha çox "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı rolu ilə tanıyıblar. Aktyor "Kəndlilər”, "Bir məhəlləli iki oğlan", "O olmasın, bu olsun" "Yenilməz batalyon", "Mən ki gözəl deyildim", "Nəsimi" və başqa filmlərdə də rol alıb.

Yaratdığı bənzərsiz obrazlarla əbədiyaşarlıq qazanan sənətkar - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

5. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

6. “Yeddi oğul istərəm” filmində maraqlı bir hadisə yaşanıb. Cəlal obrazını canlandıran aktyor Ənvər Həsənov danışır ki, filmin bir epizodunda ondan Kələntər dayıya, yəni, İsmayıl Osmanlıya möhkəm şillə ilişdirmək tələb olunur. Lakin Ə.Həsənov özünün ustadı saydığı böyük aktyora şillə vurmağa ürək eləmir. Həmin kadr bir neçə dəfə çəkilsə də, yaxşı alınmır. Axırda İsmayıl Osmanlı Ə.Həsənovu qırağa çəkib deyir:

“Ay Ənvər, bilirəm, məni çox istəyirsən, mənə məhəbbətin var, yaşlı adamam. Ancaq belə olmaz. Sən mənə o şilləni gərək elə çəkəsən ki, mən onu hiss edim. Biz burda kinoya çəilirik. Sən məni zəif vursan, mən də rolumu zəif ifa edəcəm”.

Bu sözlərdən sonra Ənvər Həsənov rolun öhdəsindən gələ və İsmayıl Osmanlıya möhkəm şillə vura bilir.

7. Sonradan isə qəribə bir vəziyyət yaranır. Ənvər Həsənov və digər gənc aktyorların istəyi ilə rejissor Tofiq Tağızadə həmin şillə vurmaq kadrını filmdən çıxarır. İsmayıl Osmanlı bunu eşidəndə narazılığını bildirir. Deyir ki, o kadrın çıxarılması ilə Cəlalın ölüm səhnəsinin təsir gücü azalacaq.

Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı!” - FOTOLAR

8. Onun Kələntər dayı obrazı başına bəla olub. İsmayıl Osmanlının bu cür bir obrazı canlandırması insanlarda hiddət yaradıb. Xalq artisti Rafiq Əzimovun danışır ki, bir dəfə teatrda, İsmayıl dayının öz qrim otağında bərk əsəbiləşdiyini, öz-özünə deyindiyini eşitdim. Bunun səbəbini xəbər alanda, İsmayıl Osmanlı ona deyib ki, mənim başıma gör nə oyun açıblar, Kələntər dayı obrazına görə tamaşaçılar, camaat mənə təhqir dolu məktublar yazırlar. Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: “Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.

İsmayıl Osmanlı — Vikipediya

9. İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin "Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı olub.

10. Aktyor 1974-cü ildə yüksək fəxri ad – SSRİ Xalq artisti adını alır. Və cəmi 4 il sonra, 1978-ci ilin iyunun 2-də dünyasını dəyişir.

# 4908 dəfə oxunub

Oxşar xəbərlər

“Arşın mal alan”  operettası növbəti dəfə nümayiş olunacaq

“Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq

18:15 20 sentyabr 2024
Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır

Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır

16:32 20 sentyabr 2024
AYB katibliyindən Elza Seyidcahana xəbərdarlıq

AYB katibliyindən Elza Seyidcahana xəbərdarlıq

16:31 20 sentyabr 2024
Beren Saatın "Gizli dolab"ı

Beren Saatın "Gizli dolab"ı

16:30 20 sentyabr 2024
Film Fondunun muzeyinə qiymətli eksponat bağışlandı

Film Fondunun muzeyinə qiymətli eksponat bağışlandı

15:16 20 sentyabr 2024
Milyon il əvvəl sönmüş ulduzdan mədət umanlar - Allaha inanmaq ehtiyacı necə yarandı?

Milyon il əvvəl sönmüş ulduzdan mədət umanlar - Allaha inanmaq ehtiyacı necə yarandı?

15:00 20 sentyabr 2024
# # #