Nurəngiz Günün həyat və yaradıcılığına həsr olunmuş nəşrlər təqdim edilib

Nurəngiz Günün həyat və yaradıcılığına həsr olunmuş nəşrlər təqdim edilib
19 dekabr 2023
# 13:34

Yazıçılar Birliyində müasir Azərbaycan ədəbiyyatının parlaq ismi, mərhum Nurəngiz Günün 85 illiyi münasibətilə "Nurəngiz Gün 85 - Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə texnika və filologiya elmləri doktoru, şair-publisist Elçin İskəndərzadənin Nurəngiz Günə həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, şair-tərcüməçi Səlim Babullaoğlunun rəhbəri olduğu Tərcümə Mərkəzinin və Türkiyənin məşhur ədəbiyyat-sənət toplusu olan "Temrin" jurnalının birgə təşəbbüsü ilə şairəyə həsr edilən xüsusi nömrəsi, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, eyni zamanda Nurəngiz Günün xarici ölkələrdə yayınlanan şeirlərindən ibarət antologiyanın və şair Maşallah Məftunun Nurəngiz Gün haqqında qələmə aldığı "Güllərin soyqırımı" kitabları geniş oxucu kütləsinə təqdim edilib.

Tədbiri açan Səlim Babullaoğlu Nurəngiz Günün müasir poeziyada xüsusi bir yer tutan, şeirləri və bütün yaradıcılığı ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb. Səlim Babullaoğlu Nurəngiz Günə həsr edilən nəşrlər haqqında danışıb, bu nəşrlərin hər birinin Nurəngiz Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük arealda tanınması və təbliğ edilməsi baxımından daşıdığı əhəmiyyətdən söz açıb.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Nurəngiz Günlə bağlı xatirələrini danışıb, təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun yoxluğunun ədəbiyyatın itkisi olduğunu deyib.

"Günəşin elçisi" esse-monoqrafiyanın müəllifi Elçin İskəndərzadə Nurəngiz Günün Azərbaycan ədəbiyyatındakı müstəsna yeri və müstəsna xidmətlərindən danışaraq, esse-monoqrafiyanın yazılma səbəblərindən, xanım şairəyə olan böyük sevgi və ehtiramından bəhs edib.

Tədbirdə çıxış edən akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, professor Vaqif Yusifli, ədəbi tənqidçi, "Azərbaycan" jurnalının baş redaktor müavini Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru, yazıçı Pərvin, filologiya üzrə elmlər doktoru Bahar Bərdəli, "Zərdabi Nəşr" nəşrlər evinin direktoru Elman Qasımov, tarix üzrə fəlsəfə doktoru, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, şairə Aləmzar Sadıqqızı, Narıngül Nadir və başqaları təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat-mənbə xarakteri daşıdığını, bu nəşrlərin Nurəngiz Gün haqqında tədqiqat aparacaq gənc tədqiqatçılar, alimlər üçün sanballı bir qaynaq olduğunu bildiriblər. Çıxışçılar şairənin ədəbiyyatımıza bəxş etdiyi əsərlərin mənəvi dəyərindən, bu əsərlərin aşıladığı vətən, torpaq, yurd, insan, təbiət, ana sevgisindən bəhs edib, bəşəriyyətə xitab edən dünyəvi poemalarından söhbət açıblar. Çıxış edənlər Nurəngiz Günün yaradıcılığının daha geniş və əhatəli şəkildə, elmi əsaslarla tədqiq edilməsinin vacibliyini vurğulayıblar.

Sonra çıxış edən şairənin qızı, filologiya elmləri doktoru, deputat Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirib.

AZƏRTAC

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

10:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər