Nizami Gəncəvi bolqar dilində çap olundu

Nizami Gəncəvi bolqar dilində çap olundu
16 dekabr 2021
# 18:30

Nizami Gəncəvinin bolqar dilində qəzəllər toplusu kitabının təqdimatı keçirilib.

APA-nın Azərbaycanın Bolqarıstandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycanın Respublikasının Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun dəstəyi ilə Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının təqdimatı Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Respublikasının Milli Kitabxanasında baş tutub.

Təqdimat mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Bolqarıstan Milli Kitabxanasının direktoru dos.Krasimira Aleksandrova, Bolqarıstanın Şərq Dili və Mədəniyyət Mərkəzinin direktoru prof. İvo Panov, Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri prof. İrina Sarıivanova, şairə Gergina Dvoretska, tərcüməçi, şair Dimitr Xristov, həmçinin video bağlantı vasitəsilə AMEA-nin vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli və institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva çıxış edib.

Çıxışlar zamanı natiqlər Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünya, Şərq və Azərbaycan ədəbiyyatındakı yeri, dahi şairin digər dünya şöhrətli şairlərə, o cümlədən şərq miniatür və müsiqi sənətinə təsiri, Nizaminin Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratması, həmçinin onun bolqar alimlər arasında nə dərəcədə tanınması haqqında geniş məlumat verib və müzakirələr aparıblar. Tədbirin sonunda şairin bir neçə qəzəli bolqar və Azərbaycan dillərində oxunub.

Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının Bolqarıstanın kitabxanaları, ali təhsil müəssisələri və elmi-tədris mərkəzlərində yayılması nəzərdə tutulub.

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər