“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb
12 aprel 2025
# 16:45

Milli Kitabxanada görkəmli ictimai-siyasi və dövlət xadimi, maarifpərvər şəxs, yazıçı-publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətlə “Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan Kulis.az-a bildirilib ki, bir həftə boyunca davam edəcək sərgidə Nəriman Nərimanovun əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Xatırladaq ki, böyük mütəfəkkir Nəriman Nərimanov 1870-ci ildə Tiflisdə anadan olub, həmin şəhərdə altısinifli ruhani məktəbində təhsil alıb. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. Daha sonra Bakıya gələn N.Nərimanov 1891-ci ildə müəllimlik fəaliyyətinə başlayıb, 3 il sonra burada türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasını təşkil edib.

Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nəriman Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb, həmçinin “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib edib. Onun “Nadanlıq”, “Dilin bəlası”, yaxud “Şamdan bəy”, “Bahadır və Sona”, “Nadir şah” əsərləri bütün Azərbaycanda geniş yayılıb.

Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə göstərən Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edib.

# 2043 dəfə oxunub

Oxşar xəbərlər

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
Kino Agentliyindən xəbərdarlıq:   "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

Kino Agentliyindən xəbərdarlıq: "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

14:11 19 oktyabr 2026
14-cü Boğaziçi Film Festivalının  münsiflər heyəti açıqlandı

14-cü Boğaziçi Film Festivalının münsiflər heyəti açıqlandı

13:40 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər