Nadir Bədəlov: "Çox istedadlı, amma mənasız filmlər çəkilir"

Nadir Bədəlov:  "Çox istedadlı, amma mənasız filmlər çəkilir"
5 avqust 2023
# 13:00

Ssenarist, kinoşunaş Nadir Nadir Bədəlov Kulis.az-ın suallarını cavablandırıb.


- Tamaşaçılar Sovet filmlərinin xiffətini çəkirlər bu gün. Çünki kefiyyətli kommersiya filmlərimiz yoxdur. Yaxşı filmlərimiz daha çox festival filmləridir. Sizcə tamaşaçıya kefiyyətli filmlər təqdim etmik üçün hansı addımlar atmalıyıq?


- Siz gəncsiniz, yaşlı nəsli keçmişin xiffətini çəkdiyinə görə çox da qınamayın. Gənclik təravətli və sabah ümidli dünyada yaşamaq tamam başqa ovqatdır. Vaxt gələcək, siz də tənqidi yanaşdığınız indiki dövrün xiffətini çəkəcəksiniz. Sovet kinosu anlayışına isə ciddi yanaşmaq lazımdır. Bu anlayışın içində dünya kinematoqrafının sütunları olan adlar var. Bu gün hansı filmləri görmək istərdim? Əxlaq mövzusunda olan filmləri. Əvvəllər "mənalı kino" deyilən bir tələb vardı tamaşaçılarda.

Məncə, yeni nəsil kinematoqrafçılar daha çox üslubçuluğa, destruktivizmə, "dahiyanəliyə" meyllidir, nəinki məna axtarışına. Bu, təkcə bizdə baş vermir. Bütün dünyada mənanı, yəni insanı sakral aləmlə bağlayacaq məqamların izahını informasiya, yəni "xəbəriniz olsun, dünyanı filan qüvvələr deyil, filan qüvvələr idarə edir" kimi mənasız (!) konspirologiyalar, bezdirici politoloji təhlillər əvəz edir. Bu kinoda da belədir. Bir də çox istedadlı, amma çox mənasız filmlər çəkilir.

- Siz bir zamanlar ölkədə ən çox baxılan verilişin -"Dahilərin divanı" nın aparıcısı olmusunuz. Televiziyanın indiki halı sizi qane eləyirmi? O dövrdən-bu dövrə nələr dəyişib?


Əvvəllər televiziya aparıcılarında, hətta diktorlarda auditoriyadan çəkinmək, məsuliyyət və həyəcan olurdu. Bu gərginlik də öz növbəsində verilişlərə qəribə bir dramatizm qatırdı. Bu gün efirə çıxmaq, kütlələrlə virtual ünsiyyət qurmaq adiləşib və aparıcıların davranışında müsbət yöndə sərbəstlik yaranıb. Amma dramatizm, gözlənti itib. Bununla belə, bugünkü televizyalarda maraqlı verilişlər, istedadlı aparıcılar var və yeniləri də yetişməkdədir.

- İttifaqların birləşməsinə münasibətiniz necədir? Sizcə, bu kinomuzda nələri dəyişəcək?

- Çox yaxşı. Mən Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvlərindən biriyəm. Bu ittifaq birləşməni təklif edib. Birləşmə yaxşıdır, orada birlik sözü var. Bundan başqa, bizdə kino sahəsində elə bir konsepsiya fərqləri, müxtəlif məktəblər yoxdur. Olsa, yaxşıdır. Çünki daxili rəqabət həmişə bəhrəli olur. Ümidvaram ki, birlik olandan sonra yaradıcı rəqabət imkanı üçün daha geniş imkanlar yaranacaq.

- Deyirlər ki, ədəbiyyatı oomayan ölkənin kinosu da olmaz. Sizin bu fikrə münasibətiniz necədir?

Ədəbiyyatsız ölkə tanımıram. Ölkədirsə, deməli, orada xalq yaşayır, xalqdırsa, onun dili var, dili varsa, sözü, poeziyası, mərasim nəğmələri, söz demək, düzüb-qoşmaq istedadı olan adamları var. Kino isə ədəbiyyatın görüntülü davamıdır. Əgər kino ilə ədəbiyyat arasında bağlılıq yoxdursa, deməli o ölkənin ədəbiyyatı kinodan yetim qalıb.

Daha doğrusu, uşaqsız valideyn, sonsuz ana vəziyyətinə düşüb. Söz görüntülənməlidir.

- Ən çox sevdiyiniz film və roman? Sizə onları hansı tərəfləri sevdirib?

- Bir filmi və bir romanı sevdiklərimdən ayırıb önə çəkə bilmərəm. Son iki ildə baxdığım filmlərdən ikisinin adını deyə bilərəm: Aleksandr Koberidzenin "Bizə səmaya baxanda nə görürük?" və Hilal Baydarovun "Balıqlara xütbə" filmləri. Ədəbiyyat sahəsində, Kadzuo İsiquronun 2021-ci ildə nəşr olunan "Klara və Günəş" romanını yüksək qiymətləndirirəm. Azərbaycan ədəbiyyatında son illərdə önə çəkə biləcəyim roman oxumamışam.

# 2230 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər