Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb

Myanmada zəlzələdən sonra qədim abidə üzə çıxıb
26 sentyabr 2025
# 10:32

Myanmada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Konbaunq Xanədanlığına aid olduğu güman edilən qədim taxta tikili üzə çıxıb.

Kulis.az xəbər verir ki, ingilislər tərəfindən dağıdılan və "Üçüncü Burma İmperiyası" kimi tanınan bu xanədanlığa dair kəşf, tədqiqatçılara nadir bir araşdırma imkanı yaradır.

İlk dəfə 2009-cu ildə, yerli sakinlərin kərpic bişirdiyi zaman ortaya çıxan bir pilləkən, son zəlzələdən sonra yaranan dərin çatlarla genişlənərək yeni hissələri üzə çıxarıb.

Aprel ayında Mandalay Arxeologiya Departamentinin rəhbərliyi ilə aparılan qazıntılarda pilləkən tutacaqları, kərpic platformalar və təxminən 45 santimetrlik pillələr kimi yeni qalıqlar da aşkarlanıb.

Tədqiqatçılar bu elementlərin bəzilərini qədim palma yarpaqları üzərində yazılmış "Pura-pike" adlı əlyazmalardakı təsvirlərlə uyğunlaşdırırlar.

Myanma mədəniyyətində su tarix boyunca dini simvol kimi qəbul olunub. Bu səbəbdən “su sarayları” müxtəlif dini ayinlər üçün mühüm məkanlar kimi istifadə olunurdu.

"Letve Navraxta" adlı bir imperiya məmurunun yazdığı güman edilən əlyazmada, beş böyük pilləkəni və manqo ağaclarının kölgəsində yerləşən 18–20 yataqxanası olan möhtəşəm bir su sarayı təsvir edilir.

Lakin mütəxəssislər aşkar edilən quruluşun bu qədər möhtəşəm bir saraydan çox, təxminən 60–75 metr uzunluğunda və 60 metr enində taxta tikili — yaşayış evi ola biləcəyini düşünürlər.

Tikilinin memarlıq baxımından Mandalaydakı İnva Varkara Taxta Monastırı və məşhur Şvenandav (Qızıl Saray) Monastırına bənzədiyi qeyd edilir.

Qeyd edək ki, Myanma Arxeologiya və Milli Muzey Departamenti, bu tikilinin mümkün dini əhəmiyyətinə diqqət çəkərək araşdırmaların davam etdiriləcəyini və gələcəkdə bu qalıqların qorunaraq maarifləndirici məqsədlərlə ictimaiyyətə açılacağını bildirib.

# 1328 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər