Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
27 sentyabr 2022
# 17:48

Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Camal Kamalın əsas xidmətlərindən biri Müqəddəs “Qurani-Kərim”i özbək dilinə tərcümə etməsidir. Tanınmış şair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən başlayaraq dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcüməsini başlamış, 2021-ci il “Nizami İli” çərçivəsində onun bu tərcümə əsəri yekunlaşmışdır. Bununla da ilk dəfə olaraq dahi Nizami Gəncəvinin bütün əsərləri özbək oxucularına öz ana dillərində təqdim edilib.

Özbəkistanın Xalq şairi Camal Kamalın bu xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun əmri ilə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Şair bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini də özbək dilinə çevirib.

Camal Kamal dünya ədəbiyyatının klassikləri Cəlaləddin Rumi, Faridəddin Əttar, Mirzə Abdulqədir Bedil, Abdürrəhman Cami, Yunus Əmrə, Vilyam Şekspir və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın dəstəyi ilə onun 80 illik yubileyi Bakıda geniş qeyd olunub.

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi beynəlxalq Forumu çərçivəsində Camal Kamalın özbək dilinə tərcümə etdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi nəşrinin geniş təqdimatı keçirilib.

# 2504 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər