Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
18 may 2026
# 14:26

Britaniyanın ən sevilən sopranolarından biri olan Felisiti Lott 79 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, müğənni xərçəng xəstəliyinin son mərhələsində olduğunu açıqladığı son müsahibəsindən qısa müddət sonra vəfat edib.

Dörd onillik beynəlxalq karyera

Tanınmış soprano 40 ili əhatə edən beynəlxalq karyerası ərzində dünyanın dörd bir yanındakı opera teatrlarında və konsert salonlarında çıxış edərək Rixard Ştraus, Frans Şubert və Volfqanq Amadey Motsart kimi dahi bəstəkarların əsərlərinə həyat verib.

Felisitinin nümayəndəsi onun ölümü ilə bağlı verdiyi açıqlamada onu belə xatırlayıb:

"O, öz işində möhtəşəm idi; hər bir ifasına dəqiqlik, dərinlik və gözəllik qatırdı. Lakin insanları həqiqətən təsirləndirən onun insanpərvərliyi və mehribanlığı idi... Biz onun səmimiyyəti, parıltısı və möhtəşəm təvazökar yumor hissi üçün çox darıxacağıq".

Nümayəndə həmçinin əlavə edib ki, Felisiti xəstəliyi dövründə "böyük ləyaqət nümayiş etdirərək vəziyyəti qəbul edib" və "son nəfəsinə qədər özünəməxsus zadəganlığını, zərifliyini qoruyub".

Musiqiyə həsr olunmuş ömür: Debütdən zirvəyə

1947-ci il mayın 8-də Çeltnem şəhərində anadan olan Felisiti erkən yaşlarından musiqiyə bağlı olub. O, hələ beş yaşında piano çalır, 12 yaşında isə həm oxuyur, həm də skripkada ifa edirdi.

Kral Musiqi Akademiyasında təhsil alan sənətkarın opera səhnəsindəki debütü və karyerasındakı böyük sıçrayışı 1975-ci ilə təsadüf edir. O, həmin il Motsartın "Sehrli fleyta" operasında son anda Pamina obrazı üçün səhnəyə çıxaraq əsl istedadını nümayiş etdirib.

Britaniyada tez-tez televiziya ekranlarında görünən və "BBC Proms" festivallarında müntəzəm olaraq çıxış edən sənətçiyə 1996-cı ildə "Ledi" fəxri titulu verilib. Səs tellərinin sehri sərhədləri aşan opera müğənnisi eyni zamanda Fransanın ən ali mədəniyyət mükafatı olan "Fəxri Legion" ordeninə də layiq görülmüşdü.

# 895 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər