Məşhur ifaçı xəstəliyindən danışdı: "Artıq gizlədə bilmirəm"

Məşhur ifaçı xəstəliyindən danışdı:  "Artıq gizlədə bilmirəm"
8 iyul 2023
# 12:11

Türkiyəli müğənni Işın Karaca saç qıran kimi tanınan Alopesiya areatadan əziyyət çəkdiyini açıqlayıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında paylaşım edib.

"Gördüyünüz kimi saçım yoxdur. Qaşlarım, kirpiklərim də. Hətta bədənimin heç bir yerində tük yoxdur. Siz bilmədən nələr yaşamışam. Parik taxıb mahnılar oxudum. Çünki həyat bunu tələb edir. Xəstəlikdən gizlənmək artıq çətin gəlir. Buna görə də paylaşım edirəm.

Xərçəngdən müalicə almıram. Xəstəliyimin son mərhələsindəyəm. Davamlı olaraq müalicə alıram. Lakin ikinci dəfə koronavirus olandan sonra bəzi bölgələri gizlətmək daha da çətinləşdi. Özümə qapandım, kiminləsə görüşə, yas yerlərinə gedə bilmədim. İnsanlar məni assosial hesab edirdi, amma o zaman özümlə müharibə aparırdım. Başıma vurulan iynələrin, udduğum dərmanların sayını unutmuşam. Heç birinin faydası olmadı.

Sağlamlığınıza və özününzə yaxşı baxın. Məni haradasa keçəl görsəniz təəccüblənməyin. Yaralandığım yerdən gücləndim. Müalicəsi varsa, tapacağam, yoxsa canım sağ olsun".

# 12586 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər