Məşhur bəstəkar, müğənni vəfat etdi

Məşhur bəstəkar, müğənni vəfat etdi
25 aprel 2023
# 17:32

Amerikalı kantri musiqisi müğənnisi, bəstəkar və prodüser Keyt Qattis 53 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Keyt Qattis 26 may 1970-ci ildə Texas ştatının Corctaun şəhərində anadan olub. O, iki studiya albomu buraxıb.

2002-ci ildə aparıcı elektrik gitaraçı kimi Duayt Yoakamın qrupuna qatılıb. 2005-ci ildə "Gattis Big City Blues" albomunu buraxıb. Gitara ifaçısı kimi o, Corc Cons, Corc Strait, Kenni Çesni, Villi Nelson, Kid Rok, Rendi Hauser, Çarli Robison, Qari Allan, Eşli Monro, Allison Murer, Ueylon Peyn, Miranda Lambert, Ueyd Bouen ilə birlidə işləyib.

Qattis dəfələrlə filmlərdə və televiziyada görünüb. O, Waylon Payne, Kendell Marvel, Wade Bowen, Randy Houser və Micky & the Motorcars da daxil olmaqla bir çox sənətçi üçün prodüserlik edib və onlarla birgə mahnılar yazıb.

Amerikalı kantri musiqiçisi Keyt Qattis Petrillo Band Shell qrupunda Taste of Chicago/Chicago Country Music Festivalı zamanı səhnədə çıxış edir, Çikaqo, İllinoys, 1 iyul 1996. (Foto Paul Natkin/Getty Images)

# 2343 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

18:33 10 iyul 2026
Erlinq Holandın rep videosu rekord qırdı

Erlinq Holandın rep videosu rekord qırdı

18:00 10 iyul 2026
İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

İngiltərə buna görə 800 milyon funt təzminat ödəyə bilər

17:30 10 iyul 2026
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu

17:15 10 iyul 2026
Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

17:00 10 iyul 2026
“Qarabağın daş yaddaşı”  fotomüsabiqəsi elan olundu

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu

15:53 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər