Məşhur azərbaycanlıların yubileyləri UNESCO-da qeyd ediləcək

Məşhur azərbaycanlıların yubileyləri UNESCO-da qeyd ediləcək
25 noyabr 2021
# 18:30

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi ilə bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.

Xatırladaq ki, cari ilin noyabrında UNESCO səviyyəsində Azərbaycanla bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.

# 5238 dəfə oxunub

Oxşar xəbərlər

Donald Tramp  “təlxək” adlandırıldı - Elvis Presliyə görə

Donald Tramp “təlxək” adlandırıldı - Elvis Presliyə görə

11:50 4 avqust 2026
Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

Səməd Vurğunun həyatını xilas etdiyi Xalq artisti kimdir?

11:30 4 avqust 2026
Türkiyədə 2500 illik heykəl tapıldı

Türkiyədə 2500 illik heykəl tapıldı

11:10 4 avqust 2026
Qəbələdə "GabalaFest" möhtəşəm qala-konsertlə başa çatdı

Qəbələdə "GabalaFest" möhtəşəm qala-konsertlə başa çatdı

10:42 4 avqust 2026
Çində kitabxana zibilyığan qocaya niyə heykəl ucaltdı?

Çində kitabxana zibilyığan qocaya niyə heykəl ucaltdı?

10:40 4 avqust 2026
Kortni Lav Kurt Kobeynlə bağlı polis sənədinin ona verilməsini tələb etdi

Kortni Lav Kurt Kobeynlə bağlı polis sənədinin ona verilməsini tələb etdi

10:20 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər