Amerikalı müğənni Miray Kerinin şəxsi həyatı ilə bağlı qalmaqal məhkəmədə yeni mərhələnin başlanğıcı olub.
Kulis.az xəbər verir ki, Nyu-York məhkəməsi onun qardaşı Morqan Kerinin 2020-ci ildə nəşr olunan "The Meaning of Mariah Carey" memuarına görə qaldırdığı böhtan iddiasını rədd edib.
Qardaşı kitabda özü haqqında həqiqətə uyğun olmayan və nüfuzuna zərər vuran fikirlərin yer aldığını iddia edirdi. Qərardan narazı tərəfin apellyasiya şikayəti verməyi planlaşdırdığı bildirilir.