"Mən vətənəm" kitabı təqdim olundu

"Mən vətənəm" kitabı təqdim olundu
20 aprel 2023
# 13:40

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş "Mən vətənəm" kitabının təqdimatı mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.

Mingəçevir Dövlət Universitetində baş tutan tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair Elşən Əzim, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şair Elməddin Nicat, Vətən müharibəsi iştirakçısı, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Həsən Kür, Mingəçevir Dövlət Universitetinin tələbə və müəllim kollektivi iştirak edib.

Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəsürüatları, tələbə-gənclərə tövsiyələri dinlənilib. Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən müəllim və tələbələr diplomlarla təltif edilib.

Qeyd edək ki, adıçəkilən kitabın Sumqayıt şəhərində, Samux rayonunda və Gədəbəy rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş təqdimat törənləri təşkil olunacaq.

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər