MEDİA müsabiqə elan etdi

MEDİA  müsabiqə elan etdi
13 may 2024
# 13:00

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

Kulis.az xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Qeyd edək ki, müsabiqəyə 23 may 2024-cü il tarixinədək müraciət etmək mümkündür.

# 2293 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər