Mədəniyyət Nazirliyindən məktubuma gələn cavab

Mədəniyyət Nazirliyindən məktubuma gələn cavab
12 may 2023
# 13:00

Kulis.az Ümid Nəccarinin yeni yazısını təqdim edir.

Iki gün öncə bir dostla restoranda oturmuşduq, söhbət dostluqdan düşdü, qayıtdı yarı ciddi, yarı zarafat dedi, sənin paylaşımlarında xanımlarla şəklin çoxdur, evli adamsan, evdən nəsə demirlər? Dedim, bizdə cinsiyyətin ayrı-seçkilik söhbəti heç vaxt olmayıb, qaldı ki, dostluq məsələsi. Mən xanımlarla çox yaxşı dostluq edə bilirəm. İş yerimdə xanımlardan çoxlu mərdlik və sədaqət görmüşəm, hansı iş yerimdəki rəhbər xanım olubdursa, orada sakitlik, səmimiyyət görmüşəm. Oxucularımın içindəki xanımlar da belə olub, onların səmimi diqqətinin və hörmətinin şahidi olmuşam.


Bu sözdən sonra qarşımda oturan dostum oğlan olduğuna görə pərt olmuş kimi göründü. Bunu hiss edib yenidən söhbətə aydınlıq gətirməyə məcbur oldum, dedim, sən də yaxşı dostsan, qardaşsan. Ancaq mənim ən çətin günlərimdə həmişə ətrafımdakı xanımlardan mənəvi güc almışam.

Dostumla görüşdən sonra bu mövzu ilə bağlı təklikdə düşündüm.
Deməli, keçən il dünyada tanınmış böyük Avropa ədəbiyyat festivalına dəvət məktubu almışdım. Festival komitəsindən bildirdilər ki, bütün xərcləri festival tərəfi qarşılayır, sadəcə dəvət olunmuş müəllifin yol xərclərini hansı ölkəni təmsil edirsə, həmin ölkənin Mədəniyyət Nazirliyi ödəyir. Dedim, qoy heç vaxt bizimlə məşğul olmayan, maraqlanmayan Mədəniyyət Nazirliyimizi də xəbərdar edim. Onsuz da ədəbiyyatımızın harada təmsil olunması onlar üçün maraqlı görünmür, bu illər ərzində bu qənaətə gəlmişəm.

Götürüb məktub yazdım ki, belə bir festivala dəvət almışam, ölkəmizi xaricdə təmsil etməkdən qürurluyam, bu barədə sizin fikriniz nədir? Bu festivalın yol xərcləri də var. Mədəniyyət Nazirliyindən bircə cavab aldım ki, bu il bu məsələyə büdcə ayrılmayıb. Yəni, sən ey gənc şair, get öz başının çarəsini başqa yerdə tap. Azərbaycan bayrağını, ədəbiyyatını, mədəniyyətini xaricdə təmsil etmək üçün öz cibindən vəsait ayır. İndi şairsən, yazıçısan pulun yoxdursa da, vacib deyil, heç getmə elə festivallara. Vəssəlam!

Bu cavabı alandan sonra gəncliyimi, enerjimi, illərimi sərf etdiyim ədəbiyyatdan da üz çevirmək həddinə gəldim. Sonra yaxın bir iş adamı, xanım dostlardan bu məsələnni eşidib. Özü könüllü olaraq, ürək açıqlığı ilə 1500 manat hesabıma köçürdü ki, mütləq o festivalda iştirak elə, qoy orada bizim ölkənin də adı keçsin. Onun bu hərəkətindən sonra bilmədim sevinəm, yoxsa kədərlənəm. Sevindim ki, ölkəmizdə belə xanımlar var, nə yaxşı ki, belə iş adamları var, nə yaxşı ki, mənə inanır, məni dəstəkləyir. Bir tərəfdən də üzüldüm ki, bir qurumun vəzifəsini bir şəxs öz öhdəliyinə götürür.
Çox istəyərdim ki, onun adını burada qeyd edəm və ona ürək dolusu təşəkkür edəm və ona deyəm ki, sənin sayəndə ədəbiyyatımız, dilimiz, bayrağımız Avropada təmsil olundu. Amma, bəlkə də, adının qeyd olunmasına razı olmaz.

Həmin festivalda iştirak edib qayıtdım. Sonra UNESCO və bir başqa ədəbiyyat festivalından Yunanıstana dəvət aldım. Burada da yol xərcləri məsələsi vardı. Daha Mədəniyyət Nazirliyindən alacağım cavabı bilirdim, nəsə yazmadım. Bilirdim ki, deyəcəklər bu il büdcə ayrılmayıb. Ona görə də, getməyi düşünmürdüm.

Sonra bir neçə yaxın dostla danışandan sonra dedilər ki, belə şey eləmə. Sən mütləq orada iştirak etməlisən. Bankdan kredit götürüb təyyarə biletlərimin xərcini ödədim.

Bu yaxınlarda Mədəniyyət Nazirliyində rəhbərlik dəyişildi. Kino forumu keçirildi, teatr forumu keçirildi, özü də yüksək səviyyədə. Bu, gözəldir, həm də vacib. Ancaq ədəbiyyata nə zaman növbə çatacaq? Bu ədəbiyyatı mafiyaların əlindən, cibinə işləyənlərin əlindən kim qurtaracaq? Tamaşaların ssenarisini yazıçı yazır, kinoların ssenarisini də, müğənnin mahnısının sözünü yazıçı yazır. Ancaq yazıçıya növbə çatmır ki, çatmır. Görəsən, Nazirlərin arasında hansının ürəyi yanacaq bu ədəbiyyata? Hansısı bir ciddi ədəbiyyat forumu təşkil edəcək? Açığı yeni nazirə də çəkinərəm məktub yazam, qorxuram deyələr ki, bu il büdcə ayrılmayıb. Heyrət!

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

15:30 3 mart 2026
"Onlar heç 50 il yaşamadı, mən 88-ə çatmışam..." - Yazıçılarımız özünü necə hiss edir?

"Onlar heç 50 il yaşamadı, mən 88-ə çatmışam..." - Yazıçılarımız özünü necə hiss edir?

15:15 3 mart 2026
"Müsəlman milli şurasının da üzvləri ermənilər idi..." - Manaf Süleymanov haqqında

"Müsəlman milli şurasının da üzvləri ermənilər idi..." - Manaf Süleymanov haqqında

14:46 3 mart 2026
“Nizami Gəncəviyə 100 məktub”  adlı müsabiqə elan olundu

“Nizami Gəncəviyə 100 məktub” adlı müsabiqə elan olundu

13:07 3 mart 2026
“Kompozisiyanın əsasları”  adlı təlim proqramı elan edildi

“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edildi

12:30 3 mart 2026
Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

12:00 3 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər