Mədəni elitaya nə oldu? - Sübhan Padarsoy yazır...

Mədəni elitaya nə oldu? - Sübhan Padarsoy yazır...
16 iyun 2023
# 17:00

Kulis.az Sübhan Padarsoyun "Mədəni elitaya nə oldu?" adlı yazısını təqdim edir.

Endi Maksmit tərəfindən yazılan və 2007-ci ilin dekabrında "İndependent" qəzetində işıq üzü görən məqaləyə əsasən, Oksford Universitetinin akademikləri klassik mahiyyəti ilə mədəni (kultural) elitanın artıq mövcud olmadığını iddia edirdilər. Adıçəkilən universitetdən sosial elmlər üzrə tədqiqatçılar Tak Vinq Çen, Con Qoldtorp və 13 nəfərdən ibarət bir heyət Böyük Britaniya, Çili, Fransa, Macarıstan, İsrail, Niderland, Cənubi Koreya və ABŞ-dən toplanan dataya əsasən P.Burdiyönün “Distinction” kitabında müəyyən etdiyi kimi bir "kultural elitanın" - pop musiqisi və ya ana axın televiziya verilişləri kimi bayağılıqları dərhal aşağılayıb onlara üz çevirərək və yüksək incəsənət hesab edilən hər şeyə heyranlıq bəsləyərək özlərini aşağı təbəqələrdən ayıran məziyyətli insanların - tapıla bilməyəcəyi nəticəsinə varıblar. Əslində öz klassik tərzi ilə mədəni elitaların ortadan qalxması heç də təəccüblü deyil. 1992-ci ildə modernist "kultural öndərlər"in təbiətini anlamaq üçün Vanderbilt Universitetindən Riçard Petersen "omnivor" (həm ətyeyən - karnivor, həm də otyeyən - herbivor varlıq ) metaforasından istifadə etmişdi.

Opera və pop musiqisi, "yüksək incəsənət" və ana axın televiziya proqramı, bir oradan, bir buradan; indi bu, sonra bu... R.Peterson daha sonra öz kəşfini daha da təkmilləşdirir. İnferiyor, amiyanə və populyar bir kütlə kültürünü aşağılayan intellektuallardakı elit zümrə anlayışından “omnivorcasına” intellektual sənət formaları ilə bərabər genişmiqyaslı kütlə kültürünü də istehlak edən "intellektuallara" doğru dəyişiklik müşahidə edirik.

Başqa sözlə, Nihil kultural a me alienum punto - yəni mədəni olan heç bir şeyi həzzinə baxmadan rədd etmərəm, amma digər əyləncələri dəyişilməz və qəti bir şəkildə məhdudlaşdırmağıma səbəb olacaq kultural bir fəaliyyət də yoxdur. Hər yerdə evimdəyəm, amma (ya da çünki) evim heç bir yerdə deyil.

Nəticədə, kultural olaraq superiyor (ali) ilə inferiyor (aşağı) arasında fərq aradan qalxır. Tək tip bəslənməyə qarşı omnivorluq, hər növ təqdir, nifrət, ikrah və anlayışsızlıqla dolu apriori (əvvəldən) elitizmə qarşı isə hər şeyi istehlak etməyə və hər şeydən həzz almağa hazır olmaq prinsipi qoyulur.

Modernizm əsrində elitalar və elitistlər həmişəkindən daha canlı və yaxşı, daha hərəkətli və məşğul olsalar da, özlərini hər növ mədəni fəaliyyətin arxasınca qaçıb onların istehlakına kölə etdiklərindən digərlərini öz tərəflərinə çəkə biləcək missioner aksiyaya heç zamanları yoxdur. "Şikayət etməyin, çox seçici olmayın və daha çox istehlak edin" istisna olmaqla, bu elitaların kultural iyerarxiyada daha aşağı pillədə yer alanlara verə biləcəkləri bir mesajı yoxdur. Bütün niyyət və qayələri baxımından, modern "elit zümrə" xalqı (yəni, kütlələri) bütünlüklə saflaşdırma, irəliyə doğru hərəkətləndirmə, öz tərəfinə çəkmə, maarifləndirmə işindən tamamilə uzaqlaşıb.
Bu gün, "kültür" adına iddiaların hazırlandığı, dilə gətirildiyi və müzakirə edildiyi yerlərdə incəsənət öz-özünü yenidən yaratmağa çalışan sosial iyerarxiya olaraq funksiyasını itirib. Bir vaxtlar kültürün yeni doğulan millətlərə, xalqlara, dövlətlərə, ya da sinif iyerarxiyasına xidmət edən orijinal funksiyasını itirdiyi kimi... İncəsənət artıq modernist cəmiyyətlərdə identiklik əldə etməkdə və özünü müdafiə anlamında fərdi məsələlərə xidmət etməkdə sərbəstdir.

Əsrimizdə "kültür"ün fərdi seçim azadlığı qiyafəsinə uyğunlaşdırıldığını söyləyə bilərik. Yəni, onun məqsədi belə bir azadlığa xidmət etmək və bu azadlığın qaçılmazlığına zəmanət verməkdir. Bizim kimi istehlak cəmiyyəti üçün deyə bilərik ki, bu gün kültür normalardan deyil, sadəcə təqdimatlardan, təmsillərdən ibarətdir.

Burdiyönün ifadə etdiyi kimi, "ali kültür" normativ bir düzənləmə ilə deyil, şirnikdirməklə; xidmətlə deyil, xalqla münasibətlərlə; məcburiyyət ilə deyil, yeni istəklər, arzular, ehtiyaclar və həvəslər yaratmaqla - ayaqda dura bilir. Bu, qlobal kapitalizm, istehlakçılıq və bayağı hedonizmə xidmət edən psevdo-kültürdür.

İstehlak cəmiyyətində kültür də istehlaka xitab edən bir məhsula çevrilib. Kültür hər birisi gələcək istehlakçılarının dəyişkən, dəyişən və axına qapılmış diqqətlərini çəkə bilmək və bir saniyə daha çox canlı qala bilmək ümidi ilə bir-birilə yarışan məhsullarla dolu bir mağaza halına gəlib.

Qatı standartlardan vaz keçmək, heç bir fərqliləşmə aparmadan hər şeyi xoş görmək, heç bir imtiyaz tanımadan hər həzzə çatmaq, düzənsizlik və əsnəkliyi təşviq etmək, istiqrarsızlıq və dayanıqsızlığı romantikləşdirmək - bunların hamısı izlənilməli olan müvafiq strategiyada bir-birilə birləşir.

İçərisində istehlak xatirinə istehlak edənlərin mövcud olduğu dünya "axtardığınız hər şey buradadır" mağazalarından birinə, kültür isə artıq o mağazada bir rayona (rayon - mağazanın yalnız tək bir əşya satılan bölümü) çevrilib. Bu mağazanın digər rayonlarındakı kimi rəflər davamlı yenilənən mallarla tam şəkildə doludur.

Son məhsullarını tanıdan reklamlar qısa bir müddətdən sonra ortadan qalxmağa məhkumdur. Məhsullar və reklamlar keçmişi qorumağa dair hər növ arzu ya da istəyi basdırmaqla yeni məhsullara arzu və istək yaratmaq üçün dizayn edilir. Corc Ştaynerin bildirdiyi kimi, maksimum təsir yaratmaq və dərhal gözdən salmaq üçün... Çünki Modernizm əsrində dünyanın yetişdirəcək - "kulturalize" edəcək bir xalqı yoxdur. Onun yerinə, sadəcə şirnikdiriləcək müştəriləri var.

# 2728 dəfə oxunub

Oxşar xəbərlər

MEMİM tərəfindən elmi-praktiki seminar keçirilib

MEMİM tərəfindən elmi-praktiki seminar keçirilib

14:30 8 may 2025
“O ağlayıb əllərimi öpsə də, başqasını sevirdi” - Dostoyevskinin qısqanclıq faciəsi

“O ağlayıb əllərimi öpsə də, başqasını sevirdi” - Dostoyevskinin qısqanclıq faciəsi

14:15 8 may 2025
Kolbasa reklamına  çəkilən Rasim Balayev: "Kino yoxdur, məcburuq..."

Kolbasa reklamına çəkilən Rasim Balayev: "Kino yoxdur, məcburuq..."

13:50 8 may 2025
Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

13:28 8 may 2025
Orxan Lökbatanlı:  "Elə olub ki, bir günə toydan 20 min manat qazanmışam" - Müsahibə

Orxan Lökbatanlı: "Elə olub ki, bir günə toydan 20 min manat qazanmışam" - Müsahibə

13:00 8 may 2025
"AKİDocs" beynəlxalq layihəsi başa çatıb

"AKİDocs" beynəlxalq layihəsi başa çatıb

12:30 8 may 2025
#
#
# # #