Əliqismət Lalayev İranda beynəlxlaq festivalın teatr sərgisinə dəvət aldı

Əliqismət Lalayev İranda beynəlxlaq festivalın teatr sərgisinə dəvət aldı
27 yanvar 2020
# 10:43

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev İranda keçiriləcək 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının təşkilatçıları tərəfindən bu tədbirin bir qolu olan V İran teatr sərgisinə dəvət alıb.

Kulis.az xəbər verir ki, bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu sərgidə iştirak etmək məqsədilə fevralın 1-dən 7-dək qonşu ölkədə olacaq. Bu barədə mediaya açıqlama verən Əliqismət Lalayev bu dəvət Beynəlxalq “Fəcr” Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmət olduğunu bildirib: “Ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan əvvəl də həm ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Budəfəki sərginin proqramından da hiss etmək olur ki, İranda keçiriləcək festival möhtəşəm mədəniyyət hadisəsinə çevriləcək. Proqram çərçivəsində dünyanın bir çox ölkələrindən dəvət olunan məşhur rejissorların əsərləri oynanılacaq, görkəmli teatr xadimlərinə öz layihələri barədə məlumat vermək fürsəti yaradılacaq. “Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, görüşlər, müzakirələr aparılacaq, müxtəlif janrlarda olan tamaşalara baxış keçiriləcək. Mən də təkcə Akademik Musiqili Teatr barədə deyil, bütövlükdə, Azərbaycanda teatr sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivləri, həmçinin qarşıda duran planlar barədə məlumat verəcəyəm. Əminəm ki, belə görüşlər və təcrübə mübadiləsi ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir”,

# 4457 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər