"Kuklaçılar" yenidən Ağalıda

"Kuklaçılar" yenidən Ağalıda
13 mart 2023
# 18:30

10 mart - Milli Teatr günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrının truppası və teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının uşaq qrupu Zəngilan rayonunun Ağalı kəndində bədii proqramla çıxış ediblər.

Kulis.az xəbər verir ki, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin təşəbbüsü ilə reallaşan tədbirdə Ağalı sakinlərinə peşəkar Azərbaycan milli teatrının tarixi, inkişaf yolu və hazırkı vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, peşəkar teatr ənənələrinin qorunması və yaşadılmasında kukla teatrlarının, kuklaçılıq sənətinin də özünəməxsus yeri var. Bu mənada 91 illik peşəkar tarixə malik Azərbaycan Dövlət Kukla Teatrında yüzlərlə səhnə əsəri hazırlanıb, milyonlarla uşaq və yeniyetmənin zövqünün formalaşmasında böyük rol oynayıb.

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza təmsilçisi olduğu qurum rəhbərliyi adından kuklaçılara təşəkkür edərək yaradıcı heyətin artıq ikinci dəfədir ki, Ağalı sakinlərinin görüşünə gəldiyini və bunun kənd sakinlərinin böyük sevincinə səbəb olduğunu deyib.

Teatrın quruluşçu rejissoru, studiyanın rəhbəri Səidə Haqverdiyeva teatrda “Azərbaycan teatrı – 150” layihəsi çərçivəsində silsilə tədbirlər planının hazırladığını və o layihələrdən birinin də məhz müxtəlif bölgələri əhatə edəcək səyyar tamaşalar həftəsi olduğunu deyib. Bu marafonunun işğaldan azad olunmuş azad və abad Zəngilan torpağında, Ağalı kəndində başlamasının tarixi an olduğunu və bunun bütün kuklaçıları sevindirdiyini də əlavə edib. Teatr təmsilçisi yaradıcı heyətin bundan sonra mütəmadi olaraq ağalıların görüşünə gələcəyini də deyib.

Sonra yaradıcı heyət Mirzə Fətəli Axundzadənin məşhur "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşası oynanılıb.

Qarabağ koloritli məişət mövzulu musiqili tamaşa Ağalı sakinləri tərəfindən maraqla qarşılanıb.

Bayram tədbiri “Oyuq”çuların “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə davam edib. Sonda teatr tərəfindən hazırlanan hədiyyə bağlamaları Ağalı kənd orta məktəbinin şagirdlərinə paylanılıb.

# 2067 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər